Tərkibi
-
0.200 Salamon balığı filesi
-
0.020 Zeytun yağı
-
0.100 Edamamme
-
0.080 Zoğal
-
0.030 Soğan
-
1 diş Sarımsaq
-
0.025 Qaymaq 33%
-
zövqə görə Duz
-
zövqə görə İstiot
İstiqamətlər
Hazırlanma Texnologiyası
1.Salmon filesi təmizlənir 200 qramlıq doğranır,duz, istiot və zeytun yağı vurulub,isti izqarada hər iki üzünü bişiririk
2. Kənarda balaca qazana su əlavə edib qaynadırıq və qaynayan suya duz ilə edamamme əlavə edib bişiririk.
3. Zoğal tumlarından təmizlənir, soğan və sarımsaq da qabıqları soyulub samanvari doğranılır. İsti tavaya kərə yağını əlavə edib əridirik,üzərinə samanvari doğranmış sarımsaq və soğanı əlavə edib , çox qızartmamaq şərtilə qovururuq. Daha sonra zoğalı da əlavə edib ağzı bağlı şəkildə 5 dəq bişiririk. Hazır olan qarışığa qaymaq əlavə edib blenderdən keçiririk.
4. Boşqaba salmon , edamamme və sousu səliqəli şəkildə əlavə edib təqdim edirik.
Müəllif: Ağa Salamov






