Tərkibi
-
1 kq Kütüm
-
0.060 Limon
-
0.010 Sarımsaq
-
0.100 Kök
-
1 dəstə Cəfəri
-
0.200 Kartof xırda
-
0.100 Göbələk
-
0.050 Zeytun yağı
-
0.001 Kəklikotu
-
zövqə görə Naxçıvan duzu
-
0.002 Dən istiot
İstiqamətlər
Hazırlanması
1.Balıqlar təmizlənib təmiz yuyulur, içi və üst qatı duzlanıb istiotlanır.
2.Kənarda balaca bir kasaya əzilmiş sərmisaq, 1 limonun şirəsi və zeytun yağı əlavə edib qarışdırırıq. Qarışığ ilə balığımızı marinad edib 30 dəqiqə dinləndiririk (2-4°C dərəcə soyuducuda)
3.Marinad olunmuş balığımızı,yağlı kağıza (kalqaya) qoyub sonra soba listinə qoyuruq. yanına halqa doğranmış kök, 3-4 sm şəklində doğranmış kərəviz və ya cəfərini,göbələkləri (bütöv),halqa doğranmış limon, böyüklüyünə görə kartofları 2 yerə bölüb balığın yanına düzürük. Biraz zeytun yağı və duz əlavə edib 200 °C sobada 30 dəqiqə bişiririk.
Not.Balığımızın daha yumşaq və qurumaması üçün, yağlı kağızın altında qalmaq şərti ilə,listimizə 200 ml su əlavə edirik.
Nuş olsun .
Müəllif : Ağa Salamov






