Tərkibi
-
0.150 Toyuq filesi
-
0.60 Mozarella pendiri
-
0.080 Panko suxarı
-
1 əd Yumurta
-
0.020 Un
-
0.040 Sweet Chili sous
-
0.001 Qırmızı toz istiot
-
zövqə görə Duz
İstiqamətlər
Hazırlanma Texnologiyası
1. Toyuq filesi ət maşınından keçirilir, ,duz , qırmızı toz istiot və rəndələnmiş mozarella pendiri toyuq qiyməsinə əlavə olunub qarışdırılır.
2. Kənarda yumurtanı qırıb qarışdırırıq, hazırlamış kütlədən 40 qramlıq toplar hazırlayıb, una, yumurtaya daha sonra suxarıya batırıb ,dərin yağda 10 dəqiqə bişiririk.
3. Pendirli toyuq topları süfrəyə təqdim olunanda, sweet chili sous ilə təqdim olunur.
Müəllif : Ağa Salamov





