Tərkibi
-
0.210 Quzu qabırğası
-
0.100 Qara düyü
-
0.080 Yaşıl noxud
-
0.030 Qaymaq 30%
-
0.050 Qırmızı soğan
-
0.030 Baş soğan
-
0.002 Sarımsaq
-
0.100 Kərə yağı
-
0.030 Qaysı qurusu
-
0.030 Kişmiş sarı
-
0.030 Qırmızı rəngli bibər
-
0.025 Parmesan pendiri
-
1/3 İspanaq
-
0.002 Duz
-
0.001 İstiot
İstiqamətlər
Hazırlanma Texnologiyası
1.Tavanı qızdırıb 50 qr kərə yağı əlavə edirik və quzu qabırğalarını kərə yağında hər iki üzünü qızardıb duzunu və istiotunu vururuq. (Yaxşı olar ki əlimizin altında özümüzün hazırladığımız ət bulyonu olsun və qabırğanı qızlardan da azca çömçə ilə üzərinə ət bulyonu əlavə edək ki ətimiz çox qurumasın)
2.Kənarda su qaynadıb içinə duz əlavə edirik və düyünü əlavə edib qaynar suda bişirib çıxarırıq.
3. Qarniri tam hazır etmək üçün ,tavanı qızdırıb 30 qr kərə yağı əlavə edib üzərinə samanvari doğranmış qırmızı soğanıda əlavə edib azca qovururuq daha sonra üzərinə kub şəklində doğranmış qırmızı rəngli bibər, qaysı qurusu və kişmişi də əlavə edib birlikdə tam da qızarmadan qovururuq. Qarışığa bişmiş düyünü və yuyulub təmizlənmiş ispanağın yarpaqlarını da əlavə edib qarışdırırıq. Ən son rəndələnmiş parmesan pendiri əlavə edib yaxşıca qarışdırırıq.
5. Sousu hazırlamaq üçün yaşıl təzə noxudu suda bişirib çıxarırıq,isti tavaya 20 qr kərə yağı əlavə edib əridirik daha sonra xırda doğranmış sarımsaq ,incə doğranmış baş soğanı əlavə edib pörtlədirik. Qarışığa qaymaq da əlavə edib əl blenderindən keçiririb tel sucgəcdən keçirik ki ,sousumuz qırıntılardan azad olsun.
4. Yeməyi təqdim edərkən boşqaba yumru forma qoyub ,qarniri yumru formada çıxarırıq.Quzu qabırğalarını da qarnirin üzərinə səliqəli şəkildə qoyub ,sousumuzu istədiyimiz şəkildə əlavə edib süfrəyə təqdim edirik.
Menyunun müəllifi : Ağa Salamov






