Ağa Salamov “ağ yudu, qara sərdi” — “50-60 manata pendir olar?”
“Biləndə, bilməyəndə danışır. İnsanlara mikrafon uzadıb “etiketlərin haradadır”, – deyən şəxs ən azı qida təhlükəsizliyi bilgilərinə sahib olmalıdır. Yaxud, bu bilgilərə sahib deyilsə, onun yanında qida mütəxəsisi olmalıdır”.
Bu sözləri Median.Az-a açıqlama verən qida təhlükəsizliyi mütəxəssisi Ağa Salamov deyib.

Ağa Salamov bazarda kənd məhsulları satan kəndlilərin əzilməsindən bəhs edib:
“Hər kəs bir şeyi yaddan çıxarır; kəndlilər qida təhlükəsizliyi qaydaları (HACCP) İSO 22 000 kimi detallı standartları haradan bilib öyrənsin?! Kəndlilərə təlim keçən yoxdursa, onlara mikrafon uzad bu sualları vermək də düzgün deyil”.
Bu məsələdə təklif irəli sürən mütəxəssis bildirib:
“Evdə nehrə yağı, motal pendiri hazırlayan nənələrə dəstək olmaq lazımdır. Bunun üçün təşkilatçılıq olmalı, ev təsərrüfatı ilə məşğul olanları bir araya yığmaq vacibdir. Onlara təlim və seminarlar keçirilməlidir. Dəstək xarakterli olaraq onları yerində izləmək, etiketləri təşkil etmək lazımdır. Mütəxəssis də məhsulun düzgün qaydada hazırlanmasını sübut edən rəy verməlidir”.
Çox vacib məqama toxunan Ağa Salamov dünya bazarına çıxmaq barədə sonda vurğulayıb:
“Motal pendirini dünya bazarına çıxarmaq olar. Bu gün italiyanın parmezan pendiri bizim maketləri zəbt edib. Bizim motal pendirimiz niyə gedib İtaliya və Avropa marketlərinin rəfində olmasın?! Motal pendiri dünya markasına çevirmək üçün ən unikal məhsullardan biridir. Parmezan elə portal pendiri kimidir. Kilosu 50-60 manata parmezan pendiri var. Biz öz milli motal pendirimizi dünya markası edib kəndlilərdən yaxşı mənada istifadə edərək, dəstək olaraq bu işi bacara bilərik. Eynilə qutab da markalaşa bilən qidalardandır. Mənim gücüm çatsa, edərdim. Çünki imkanım daxilində deyil. Belə dəstəklər həyata keçirilsə, bolluq olar, iqtisadiyyatımız güclənər. Ulu öndərimiz deyib: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.
Dəniz Pənahova
Median.Az
