Kənd toyuğu adı altında satılan toyuqlar – Ekspert açıqlaması (Video)
Kənd toyuğu adı altında toyuqlar satılır ki, bu gün işbazlar əsri olduğunu da nəzərə alsaq normal hesab olunur. Reallıqda isə ölkəni təmin edə biləcək gücdə kənd toyuqları yoxdu və sayları da məhduddur.
Çünki meqapolis həyat tərzi insanları torpaqdan və ailə təsərrüfatından uzaq salır. Bu gün biz deyə bilərik, ən yaxşı toyuq kənd toyuğu hesab olunur və kənd toyuğu alıb istehlak edin. Ancaq insan sayının çox və şəhər həyatında yaşayışa tələbatın artdığı bir dövrdə bu təklifimiz absurd hesab oluna bilər. Ona görə də broyler toyuqlarına min şükür. Yoxsa çoxdan acından ölmüşdük.
Qida məsələləri üzrə ekspert Ağa Salamov
