Monqolustan quzuları təhlükəlidir? Ekspert açıqlaması
Bildiyimiz kimi,Monqolustandan gətirilən hazır quzu ətləri ölkə bazarına daxil olub və 1 kiloqramı 15 manatdan satışa çıxarılıb. Bəs bu quzu ətlərinin faydaları və ya zərərləri varmı?

Təbii ki, keyfiyyət göstəriciləri qaydasında olan bir məhsul heç bir zaman zərərli ola bilməz. Ancaq nəzərə alsaq ki, Monqolustandan ölkəyə idxal olunan quzu ətləri donmuş halda gətirirlir ,bu zaman diqqət edəcəyimiz məqamlar da var. Qida təhlükəsizliyi (HACCP) sisteminə görə, ət məhsulları bir dəfə dondurula bilər.
O zaman Monqol quzuları da bir başa donmuş halda satılmalıdır və ya donu açılıb şəkildə satılarsa bu zaman məhsulu ikinci dəfə dondurmaq təhlükəlidir. Bu qida zəhərlənmələri ilə nəticələnə bilər ki, risk qrupuna daxil olan yaşlı, uşaq,hamilə xanımlar, kimya terapiyası alan insanlar, xəstələr və immun sistemi zəif olanlar üçün daha təhlükəli ola bilər.
Donmuş quzuların donunu açmaq üçün, otaq temperaturundan qaçınmaq lazımdır. Donu açılmaqda olan məhsullar+4C soyuducusunda buzdan azad olmalıdır.
Odur ki, donu açılmış monqol quzularını alan kimi, təkrar dondurmadan iki gün müddətində istifadə etmək lazımdır.Bir şərtlə ki,məhsul iki gün +4C soyuducusunda mühafizə edilsin.
Qida Eksperti Ağa Salamov
