Pomidor meyvə yoxsa tərəvəzdir? Qida eksperti aydınlıq gətirdi
Çoxumuz meyvə və tərəvəzin arasındakı fərqləri asanlıqla ayırd edə bilirik, lakin söhbət pomidorun meyvə və ya tərəvəzdir sualına gəldikdə, nə cavab verəcəyimizi bilmirik.
Pomidorlar, botanika təsnifatı üzrə meyvə kimi tanınır, çünki toxumları var və bitki çiçəyinin yumurtalığından inkişaf edir. Bunu nəzərə alaraq, pomidor meyvə kimi təsnif edilir, çünki toxumları ehtiva edir və pomidor bitkisinin çiçəyindən böyüyüb inkişaf edir.

Bəs kulinariya baxımından pomidor meyvə yoxsa tərəvəz kimi qəbul edilir?
Bir qidalanma mütəxəssisi olaraq meyvə və tərəvəzləri bitkilərin istifadə üsuluna və onların dad profillərinə görə əsaslandırıb ,bir qədər fərqli yanaşma edərək kulinariya təsnifat sistemindən istifadə edərdim.
Kulinariya təsnifatına görə,tərəvəz adətən daha sərt teksturaya malikdir, və ən çox sac,qazan yeməkləri,şorba,salat və ya qızartma kimi yeməklərdə istifadə olunur.
Ancaq meyvə yumşaq bir quruluşa malikdir, ya şirin, ya da turş olur. Çiy yeyilə bildiyi kimi, ən çox desertlər və ya mürəbbə hazırlanmasında da istifadə olunur.
Pomidor yumşaq,şirin, turş və ləzzətli ola bilər.Ancaq biz pomidorları ən çox dadlı yeməklərdə istifadə edirik ki,bura səhər yeməyinin şahı olan “Pomidor Çığırtmasın”da misal çəkmək olar.Məhz buna görə də biz kulinariyada pomidorları tərəvəz kimi təsnif edirik.
Bizi çaşdırsada nə üçün pomidorları iki fərqli şəkildə təsnif edə bilərik?
Bu təriflərin öz məqsədləri var. Məsələn, botanika üzrə təsnifat botanik üçün pomidorun mənşəyini kəşf etmək, onlara müxtəlif pomidor növlərini müəyyən etməkdə kömək etmək və ya müxtəlif pomidorları necə yetişdirmək və yığmaq lazım olduğunu anlamaq istədikdə faydalıdır.
Kulinariya tərifi isə geniş ictimaiyyət,qida mütəxəssisləri və aşpazlar üçün daha faydalı ola bilər. Çünki eyni botanika ailəsindən olan qidalar eyni qida tərkibinə malik olmaya bilər. Məsələn, qovun, qarpız, balqabaq, xiyar eyni botanika ailəsinə aiddir, lakin müxtəlif qida tərkibinə malikdirlər.
Kulinariya baxımından tərəvəz sayılan digər botanika meyvələri isə bunlardır : avokado, zeytun, balqabaq, pomidor, qarğıdalı,xiyar, lobya, qırmızı bibər və badımcan.
Qida Məsələləri Üzrə Ekspert / Ağa Salamov
