Gənc kulinarlar Antalyadan ölkəyə böyük nailiyyətlərlə qayıtdılar – FOTO
Azərbaycan Kulinariya Mütəxəssisləri Assosasiyası, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Türkiyənin Antalya şəhərində GastroAntalya 2024 beynəlxalq kulinariya çempionatında iştirak etdilər
Azərbaycanın Gənc kulinar komandası yüksək nəticə əldə edərək, Gənclər arasında Qızıl kubok, böyüklər arasında isə Gümüş kubok qazandılar. Bununla yanaşı Azərbaycanlı kulinarlarımız iştirakçılar və qonaqlar üçün Azərbaycan şirniyyatları və Azərbaycan plovu usta sinfi keçirdilər. Usta siniflərinə görə Antalya valisi və bələdiyyəsi komandaya öz minnətdarlıqlarını bildirilər. Komandanın kapitanı Sarxan Məmmədov yarışın ən çətin kateqoriyası sayılan “İlin Şefi” kateqoriyasında ən yüksək göstərici ilə Qızıl kubokun sahibi oldu
Çempionatda münsif və iştirakçı olaraq iştirak edən ölkələr, Azərbaycan, Rusiya, Cənubi Korea, Gürcüstan, Şimali Kipr, Mərakeş, Serbiya, İraka, Suriya, Qazaxıstan və Türkiyənin bütün regionları. Fərqli kateqoriyalarda ümumi iştirakçı sayı 2000 nəfərin üzərində idi. Ölkəmizi münsif olaraq Sarxan Məmmədov və Seymur Cavadov təmsil etdilər. Həmçinin dövlət rəsmilərinə, beynəlxalq münsif heyyətinə və festivalın qonaqlarına Azərbaycan mətbəxindən şəkərbura, badambura, paxlava, mutaki, İrəvan kətəsi, Qarabağ kətəsi və Turş plov “Usta sinif”ləri keçirilərək təqdim olunub. Rəsmilər və qonaqlar komandamıza dadlı təamlara görə təşəkkürlərini bildirdilər.
Komandanın nəticəsi
Gənclərdən ibarət komanda kateqoriyası – Qızıl medal və Birincilik kuboku
Böyüklərdən ibarət komanda kateqoriyası – Qızıl medal və İkincilik kuboku
İlin Qızıl şefi kateqoriyası – Qızıl Medal və Qızıl kubok (Sarxan Məmmədov)
Art qənnadı kateqoriyası – 1 Qızıl medal, 1 Gümüş medal (Emiliya İsmayılova)
Balıq kateqoriyası – 1 Qızıl medal (Nüşabə Məmmədli), 1 Qızıl medal (Vüsal Musəvi), 1 Gümüş medal (Rəhim Nərimanov), 1 Gümüş medal (Fidan Abasova)
Müasir mətbəx kateqoriyası – 1 Gümüş medal (Nüşabə Məmmədli)
Ət kateqoriyası – 1 Qızıl medal (Rəhim Nərimanov), 1 Gümüş medal (Vüsal Musəvi)
Restoran şirniyyatı kateqoriyası – 1 Qızıl medal (Emiliya İsmayılova – Ən yüksək nəticə ilə 100bal) , 1 Qızıl medal (Fidan Abasova)
Ümumi nəticə
Qızıl kubok – 2
Gümüş kubok – 1
Komanda Qızıl medal – 2
Fərdi Qızıl medal – 6
Fərdi Gümüş medal – 5

Ağa Salamov / Qida Eksperti
