Boğaz ağrısını aradan qaldırmağa və öskürəyi sakitləşdirməyə kömək edir – (FOTO)
Cökə ağacı Tilia cinsinə aid ağac növüdür və adətən yaz və yay aylarında çiçək açan ətirli çiçəkləri olan bitkidir. Onun çiçəklərindən faydalı çay hazırlamaq mümkündür . Cökə çiçəyi çayı xoş dadı və rahatlaşdırıcı təsiri ilə tanınır. Xüsusilə soyuq havalarda istehlak edildikdə, boğaz ağrısını aradan qaldırmağa, bədən istiliyini tənzimləməyə kömək edir və ümumiyyətlə sakitləşdirici təsir göstərir. Tərkibində flavonoidlər, efir yağları və müxtəlif sağlamlığa faydaları olan antioksidanlar da var. Bunu Qidaelmi.az saytına Qida Eksperti Ağa Salamov deyib. Onun sözlərinə görə;

Cökə çiçəyi ənənəvi tibbdə və xalq təbabətində müxtəlif məqsədlər üçün də istifadə edilmişdir. Bunlara yatmazdan əvvəl sakitləşdirici kimi,, stress və gərginliyi azaltmaq üçün istifadə etmək, tənəffüs problemlərinə qarşı kömək etmək və həzmi dəstəkləmək də daxildir.Bundan əlavə dəriyə qulluq etmək məqsədilə kosmetikalarda da istifadə edilən cökə ekstraktları var.
Cökə çiçəyi çayının faydaları
•Bir stəkan isti cökə çiçəyi çayı içmək stressi azaldır, zehni sakitləşdirir və daha yaxşı yuxuya getməyə kömək edir.
• Boğaz ağrısını aradan qaldırmağa və öskürəyi sakitləşdirməyə kömək edir.
• Antiseptik və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Buna görə də soyuqdəymə, qrip və digər tənəffüs yolu xəstəliklərin simptomlarını aradan qaldırmağa kömək edir.

• Stress və narahatlığı azaltmağa kömək edir.
• Mədə narahatlığına, qaz və həzm problemlərinə qarşı sakitləşdirici təsir göstərir. • Həzmi asanlaşdırmağa və mədə narahatlığını aradan qaldırmağa kömək edir.
• Antioksidant təsiri bədəni sərbəst radikalların zərərinə qarşı qoruyur.
• C vitamini və digər qida maddələri ilə zəngin olduğu üçün immunitet sistemini dəstəkləməyə kömək edir.
• Qan təzyiqini aşağı salmağa kömək edir

Cökə çiçəyi çayının hazırlanması;
Cökə çiçəyi çayının hazırlanması çox sadədir
200 ml qaynar suya bir miqdar cökə çiçəyi əlavə edib 10 dəqiqə ərzində isti su buxarında dəmləyirik. Zövqə görə çaya bal və ya darçın çubuğu da əlavə etmək olar.
Ağa Salamov Qida Eksperti
