Qeyri mövsümü meyvə və tərəvəzlərin ziyanı -Mutəxəssis açıqlaması (VİDEO)
Mövsümü olmayan meyvə və tərəvəzlər haqqında Real TV yə açıqlama verə Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov bunları deyib :
Təbiət tərəfindən meyvə və tərəvəzlər fəsillərə görə kodlaşdırılıb. Heç biri təbii yolla, insan əli dəymədən mövsümündən başqa fəsildə yetişməz. Yay üçün kodlaşmış bir məhsulu biz qışda yesək bunun genetik kodlarımıza şübhəsiz ki, təsiri olacaq. Ürək qüsurlu uşaq dünyaya gələ bilər və ya uşaqda diabet yarana bilər, qan azlığı ola bilər. Mövsümündə yetişməyən məhsulları yeyərkən onun kodunu genimizdə aktivləşdirmiş oluruq, amma təbiət bunu öz mövsümündə yeyilmək üçün yetişdirib”.
İnsan orqanizmində yığılan peptisidlər onu zəhərləyir və gələcəkdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur, ən başlıcası allergik xəstəliklərdir. Allergiyadan əziyyət çəkən insanların çoxunda xəstəliyə səbəb də məhz budur.
Mövsümü olmayan meyvə və tərəvəzlər müxtəlif pestisidlər ilə yetişdirilir ki,burda insan orqanizmi üçün zərərlidir.Qışda qış, yayda yay meyvəsini yeyən insanların immuniteti də güclü olur, nadir hallarda xəstələnirlər, orqanizm viruslarla mübarizə apara bilir. İmmun sistemini güclü saxlamaq üçün mütləq şəkildə mövsümündə yetişən meyvə və tərəvəzlər yeyilməlidir. Xaricdən gətirib 150-180 manata alça satırlar, elə adam var nəfsi çəkir, yeyir, amma bunun ona heç bir faydası yoxdur. Yayda da bəzi payız meyvələri satılır, bunun da eynilə orqanizmə faydası yoxdur”.
