Şokolad adı ilə maskalanmış “Kokolin” nədir? – Ekspert Açıqlaması
Şokoladın tərkibində nəinki kakao yağından başqa yağ olmamalıdır, ümumiyyətlə bitki yağı deyilən alternativ yağlar belə olmamalıdır. Əsl şokolad 100 faiz kakao yağından hazırlanmalıdır.Xüsusilə şokolad istehlakına gəlincə, xüsusilə uşaqların yediyi məhsullara diqqət yetirilməlidir.

Uşaqlara şokolad verərkən onlara bədən temperaturunda əriyən və əsl şokolad verilməlidir. Kakao yağı isə bədən istiliyindən aşağı temperaturda belə əriyə bilən yağ olduğu üçün təkcə kakao yağı ehtiva edən şokoladlara üstünlük verilməlidir.Mənşəyi məlum olmayan və şübhəli məhsullardan qaçınmaq lazımdır.
4 cü sənaye inqilabı əsrində təssüf ki, işbazlar daha çox pul qazanmaq üçün, insan sağlamlığını da təhlükə altına alırlar. Bu təhlükənin bir mənbəyi də şokolad əvəzinə satılan kokolindir.
Kokolin ilə əsl şokoladın arasında fərq, onların tərkibində olan inqrediyentlərdir. Belə ki, əsl şokoladın tərkibi , süd, kakao yağı,kakao olduğu üçün,həm insan bədəni temperaturunda əriyən,həm ağızda xüsusi ləzzət ilə seçilən ,həm də standartlara uyğun olan şokoladdır.
Kokolin adlanan zərərli şokoladın tərkibində isə süd əvəzinə, süd zərdabı, kakao yağı əvəzinə marqarin, kakao əvəzinə , kakao tozundan istifadə olunur.Tərkibində şokoladın keyfiyyətinin müəyyən edilməsində mühüm rol oynayan kakao yağı olmadığı üçün bu məhsula kokolin deyilir. Bu,insan sağlamlığı üçün zərərli məhsuldur. Kokolinin hazırlanmasında istifadə olunan trans yağ (marqarin) bədən istiliyində ərimədiyi üçün insan sağlamlığına da zərərsiz ötüşmür.
Qida Eksperti Ağa Salamov
