Beyləqanda çörəyin içindən yara bandı çıxdı – Mütəxəssis Tövsiyəsi
Beyləqan rayonunda çörəyin içindən yara bandı çıxması ilə bağlı vətəndaş “Qida təhlükəsizliyi hərəkatı” səhifəsinə şikayətini bildirib.

Beləki üzərində “Ağ kərpic çörək” əmtəə nişanı olan çörəkdə fiziki çirklənmə baş verib. Fiziki çirklənmə halları çox vaxt təlimsiz və məsuliyyətsiz işçi heyəti tərəfindən baş verir. Təlimsiz olan işçi heyəti qidaları fiziki, kimyəvi və bioloji çirklənməyə məruz qoya bilir. Nədənsə 21 ci əsrdə Azərbaycanda istər İİM- də istər İstehsalatda işçi heyəti HACCP ,İSO 22000,İSO9001 təlimlərindən kənarda qalır. Çünki sahibkarlar ancaq öz ciblərini çox maliyyə sərf etmədən doldurmaq istəyirlər. Belə olduğu halda isə qida zəhərlənmələri qaçılmaz olur ki,burda da risk qrupuna uşaqlar, hamilələr və yaşlılar daxildir.

Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
