Su zəhərlənməsi hansı hallarda baş verir ? – Mütəxəssis Açıqlaması
Su həyatın mənbəyidir, lakin sonu da ola bilir. Sudan zəhərlənmək anlayışı nadir olsa da, rast gəlinən bir haldır. Bəs orqanizm sudan necə zəhərlənir?
Mövzu ilə bağlı qodaelmi.az-ın suallarına qida məsələləri üzrə mütəxəssis Ağa Salamov aydınlıq gətirib:

Su zəhərlənməsi suyun çox istehlak olunmasından əmələ gəlir. Adam var ki, suyun çox faydalı olduğunu düşünür, düzdür, su faydalıdır, amma çox içiləndə, qanda suyun balansı pozulur. Çünki natriumun səviyyəsi aşağı düşür. Natriumun qanda rolu mayenin balanslaşdırılmasıdır və azaldığı təqdirdə hüceyrələr şişməyə başlayır. Bu da birbaşa beyinə təsir edir.
Nəticədə su zəhərlənməsi baş verir ki, onun simptomları baş ağrısı, əzələ ağrıları, ürək ritminin pozuntuları, ödəm, şişkinlikdir. Bundan qorunmaq üçün gərək insanlar həddən artıq su içməsin.
Ağa Salamov Qida Məsələləri Üzrə Mütəxəssis
