Qəfil ölümlərin səbəb olduğu amillər təkcə qidalardır? – Mütəxəssis Açıqlaması
Əvvəla qəfil ölümlərə səbəb kimi, müxtəlif faktorları ortaya qoymaq olar. Bura təbii ki, ekoloji faktorlar da daxildir. Bu sözləri Qidaelmi.az saytının təsisçisi Ağa Salamov deyib. Onun sözlərinə görə

1.Havaya atılan zəhərli qazlar. Bakıda 15-20 il ilə müqayisədə görün nə qədər avtomobil sayı artıb və artmaqda da davam edir. Bu avtomobillərin zəhərli qazları ağ ciyərlərimizi hər gün məhv etməkdə davam edir ki,bu da ürək xəstəliklərinə gətirib çıxarır.
2. Şəhərin çirklənməsi. Şəhərdə inşa olunan heç bir binanın üzəri bağlanaraq ətrafın tozdan mühafizəsinə şərait yaratmır. Çünki əlavə maliyyə xərcləri çəkilir ki,buda insanların sağlamlığından daha önəmlidir.
3. Havada uçan polietilenlər və dənizə atılan plastik şüşələr. Bu plastiklər dənizin ekologiyasına da mənfi təsir göstərir. Beləki bu polietilen torbalar və plastik şüşələr balıqların yeminə çevrilib düz şifrəmizə qədər gəlib çıxır. Nə yeyiriksə oyuq.
4. Tıxacda keçən ömür , stress,əsəb və gərginlik. Gəlin bir statistika aparaq. Ortalama evdən işə və işdən evə gedən bir insan 2 saat tıxacda ilişib qalır.
2 saat × 26 günə = 52 saat
52 saat × 12 aya = 624 saat
624 saat : 24 saata = 26 gün.
Demək burdan bir nəticəyə gəlmək olar ki,bizim bir ilimzin nə az nə çox düz bir ayı tıxaclarda keçir.Buda əsəb , stress, gərginlik və.s kimi hallara gətirib çıxarır ki,buda öz növbəsində ürəyə təsirsiz ötüşmür.
5. İndi gələk süni qidalara . Bəli 4 cü sənaye inqilabı əsri özü ilə bəzi qlobal problemləri də gətirib çıxartdı ki,bunlara süni qatqı maddələri, işlənmiş ət məhsulları, rafinə olunmuş yağ, şəkər,un,duz, rəngli qazlı içkilər və.s kimi zərərli məhsulları misal çəkmək olar. Həmin bu adı çəkilən məhsulların bəziləri boş karbohidratlardan,bəziləri isə ümumiyyətlə orqanizmdə mənimsənilməyən maddələrdən ibarətdir.
A) Rafinə olunmuş şəkər. Bu məhsulun qida dəyəri aşağı olduğuna görə, piylənmə, şəkərli diabet, ürək qan-damar xəstəlikləri və diş çürüməsi riskini artırır.
B) Müxtəlif E- kodu ilə şifrələnmis qatqı maddələri. Bu qatqı maddələrinin içinə,qida məhsullarının vitrin ömrünü uzadan,rəngini qoruyan, axarlığını saxlayan, şəkərini balanslaşdıran, qoxumasına və ya mikrobioloji çirklənməsinin qarşısını almaq və.s kimi qatılır. Buda təbii ki öz növbəsində insanlarda illər ötdükcə gələcəkdə hansısa bir xəstəliyə gətirib çıxarır ki, bunlardan biri də ürək qan-damar xəstəlikləridir.
C) Emal olunmuş ət məhsulları (konservləşdirilmiş,hisə verilmiş və.s). Emal olunmuş ət məhsullarının tərkibində yüksək miqdarda duz və qida qatqı maddələri olduğu üçün, qan təzyiqi, ürək qan-damar xəstəliklərinin yaranmasına gətirib çıxarır.
D) Rafinə olunmuş yağ (Trans yağ) bu yağ yağların ən təhlükəlisi və zərərlisi hesab olunur. Hidrogen ilə doydurulmuş bu yağ orqanizmdə mənimsənilmir, tədricən qara ciyər piylənməsi, yüksək qan təzyiqi, ürək qan-damar sisteminin sıradan çıxmasına səbəb olur.
E) Rafinə olunmuş un. Kəpək, rüşeym və liflərdən azad olunan bu un boş karbohidrat sayılır və qida dəyəri olduqca aşağıdır. Şəkərdə də olduğu kimi,buda öz növbəsində tədricən piylənmə, ürək qan-damar sistemi xəstəlikləri, həzmsizlik, köp və.s kimi xəstəliklərə yol açır.
F) Rafinə olunmuş duz. Rafinə olunmuş duzun tərkibindəki kimyəvi maddələr və aşağı mineral tərkibi səbəbindən sağlamlıq üçün də zərərli hesab olunur.Belə ki, tədricən yüksək təzyiq, ürək, böyrək xəstəlikləri kimi sağlamlıq problemlərinə də gətirib çıxarır.
G) Rəngli qazlı içkilər. Rəngli qazlı içkilərin tərkibinə əlavə olunan şəkəri balanslaşdırmaq üçün fosfor turşusundan istifadə olunur. Fosfor turşusu uşaqlarda sümük inkişafı, yaşlılarda isə sümük əriməsinə səbəb olur. Rəngli qazlı içkilərin qida dəyəri aşağı olduğuna görə piylənmə , şəkərli diabet, ürək qan-damar sistemi pozğunluqları və mədə bağırsaq sistemi problemlərinə gətirib çıxarır.
Qida Məsələləri Üzrə Mütəxəssis/ Ağa Salamov
