Qusarda göbələkdən zəhərlənən 3 qardaşdan ikisi dünyasını dəyişdi- Mütəxəssisdən Xəbərdarlıq
Qusarda 3 qardaşın göbələkdən zəhərlənməsi və bunlardan 2 sinin dünyasını dəyişməsi xəbəri yayılıb. Bunla bağlı qidaelmi.az saytının təsisçisi Ağa Salamov bildirib.

Qeyd edim ki, bu cür zəhərlənmə halları regionlarda olur və bəzən də regionlardan şəhərə gətirilən turşulardan baş verir.
Beləki, çox vaxt göbələk yığımında “Solğun Əzvay” ilə ” Şampinyon” göbələyinin səhv salınması və ya emal prosesinin düzgün şərtlər altında aparılmaması və Botulizm bakteriyasına yoluxma nəticəsində baş verir.
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
