Qurban kəsərkən hansı şərtlərə əməl olunmalıdır? – Mütəxəssis Açıqlaması
Qurban bayramı bütün müsəlman aləmində müqəddəs sayılır və bu bayram ərəfəsində imkanından asılı olaraq insanlar iribuynuzlu və ya xırdabuynuzlu heyvanları kəsib imkansız ailələrə paylayırlar. Əslində qurbanlıq bayramının da mahiyyəti bundan ibarətdir ki, imkansız ailələrə hər il qurbanlar kəsilib paylansın. Bu sözləri Qidaelmi.az saytına Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib.

Qurban kəsərkən nəyə diqqət olunmalıdır?
İlk növbədə qurbanlıq heyvanların baytar nəzarətindən keçməsi və sağlam olması vacibdir.Bundan əlavə kəsilən heyvanlar çox yaşlı və ya xəstə heyvan olmamalıdır. Sağlam heyvanın tükləri parlaq olur ,rahat şəkildə qidalanmasında və su içməyində problem olmur. Eyni zamanda heyvanın qulaqlarına toxunanda soyuq olmadığı hiss olunursa heyvanın sağlam olmasından xəbər verir.
Kəsim şərtləri necə olmalıdır?
Kəsim şərtlərinə gəlincə ilk öncə kəsim yeri sanitar gigiyena qaydalarına uyğun yer olması şərtdir. Kəsim vaxtı heyvanlar bir birinin gözü qarşısında kəsilməsi düzgün deyil və heyvanlar ayrı ayrı kəsilməlidirlər. Bu, heyvanın ətində stress hormonlarının artmasının qarşısını alır. Çünki kəsim vaxtı bir birini görən heyvanların ətində stress hormonları artır ki, buda insan orqanizmi üçün faydalı sayıla bilməz.
Yeni kəsilən ət nə üçün dincəldilməlidir?
Kəsimdən sonra heyvan “Rigor Mortis” yəni ölüm sərtliyində olur və toxumalar ölmür.Ona görə də kəsimdən sonra ətin dincəlməsi lazımdır. Bunun üçün isə iribuynuzlular 24 saat xırda buynuzlular isə 12 saat +2C də soyuducuda dincəlməlidir. Dincəldilmiş ət bişəndən sonra həm yumuşaq olur həmdə həzm sistemində narahatçılıq yaratmır.
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
