“Bazar Store” marketlər şəbəkəsində qidaların kimyəvi çirklənməsi – (FOTO)
Qida nə zaman çirklənir? Qida zəncirində qırılma halları nə zaman baş verir? İnanın ki, bu sualı çox nadir market sahibləri bilər. Çünki biz yazdıqca ,biz dedikcə bitmək əvəzinə daha da əksinə qida çirklənməsi baş verir ki,buda qida zəncirinin sonun da istehlakçıların ya “mikrobioloji” ya da ” kimyəvi” zəhərlənmələrinə səbəb olur. Şəkildə də göründüyü kimi, “Bazar Store” Xırdalan filialında çarpaz çirklənməyə məruz qalır.

Belə ki, aksiya da olan təmizləyici toz kassaya qoyulub və alıcılar da məcburiyyətdən aldıqları qida məhsullarını da kassanın yanına yəni yuyucu tozun yanına qoymuş olurlar. Nəzərə alsaq ki,bir başa istehlak olunan çörək, yuyulmadan yeyilir və burda da çarpaz çirklənməyə və nəticədə kimyəvi çirklənməyə məruz qalır. Biz insanların sağlamlığı və immun sisteminin möhkəmlənməsini də nəzərə alaraq ” Bazar Store” marketlər şəbəkəsində AQTA -nın monitorinq aparmasının tərəfdarıyıq.
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
