Ramazan ayı qidalanmasında 7 zeytun və 1 əncirin sirri – Mütəxəssis Açıqlaması
Mart ayının 23 ü Ramazan ayının ilk günüdür. Ölkəmizdə də bu ay ərzində oruc tutan insanların sayı kifayət qədərdir.Maraqlıdır, orucluq müddətində qidalanma hansı şəkildə təşkil olunmalıdır? Düzgün olmayan qidalanma, imsak zamanı yeməkdən uzaq durmaq hansı problemlərə yol aça bilər?
Mövzu ilə bağlı qidaelmi.az a danışan qida məsələləri üzrə ekspert Ağa Salamov imsak zamanı yuxudan oyanmamağın və qida qəbul etməməyin müxtəlif xəstəliklərə səbəb ola biləcəyini deyib. Ekspert imsak zamanı qəbul etməli olduğumuz qidalardan söz açıb:

Oruc sağlam bədən və sağlam ruh üçün insanlara bəxş olunub. İnsanlar bu ayda illərlə bədəndə yığdıqları toksinləri atmış olurlar.Bəzi şəxslər düşünür ki, səhər imsak zamanı oyanmamaqla çəki atmaq mümkün ola bilər. Lakin bu, tamamilə yanlış fikirdir. Belə insanlarda ürək, mədə, qan-damar problemləri ortaya çıxa bilər. Buna görə imsak zamanı yemək vacibdir.
İmsak zamanı mütləq yuxudan oyanmaq, maye qəbul etmək lazımdır. Çünki gün ərzində insan susuz qalır, qanda laxtalanma əmələ gəlir. Həm iftar zamanı, həm də imsak zamanı su qəbul etmək lazımdır ki, qanda laxtalanma olmasın.
Bundan əlavə imsak və iftar zamanı 7 zeytun və 1 əncir yemək mütləqdir.Bunun ilahi və elmi izahı da var. Beləki müqəddəs kitabımız Qurani Kərimdə zeytun sözü 7, əncir sözü isə 1 dəfə keçir.Ayələrdə 7 dəfə zeytun sözünün, 1 dəfə isə əncir sözünün insanlara sağlam yaşamaq üçün güc verdiyi proqnozlaşdırılır.Allah Tin surəsi 1 ci ayədə zeytuna və əncirə and içir : “And olsun əncirə və zeytuna”.

Metallotionin (MT): İnsan və heyvanların beyinlərində az miqdarda istehsal olunan maddədir. Bu maddə sink, dəmir və fosforu asanlıqla birləşdirə bilən kükürd tərkibli zülaldır. Bu maddənin pis xolesterol səviyyəsini azaltmaq, maddələr mübadiləsini sürətləndirmək, ürəyi gücləndirmək və nəfəs almağa kömək etmək baxımından insan orqanizmi üçün həyati əhəmiyyət kəsb etdiyi düşünülür. MT istehsalı 15-35 yaş arasında tədricən artır. Sonra istehsal səviyyəsi 60 yaşında dayanana qədər aşağı düşür.
Buna görə də alimlər bitkilərdə MT axtarmağa davam etdilər. Yapon tədqiqat qrupu qocalma əlamətlərini aradan qaldırmaq vəzifəsi daşıyan bu möcüzəvi maddəni araşdırıb bu maddəni yalnız iki növ bitkidə tapdı; əncir və zeytunda. Əncir və zeytundan MT alındıqdan sonra alimlər MT-nin təkcə əncir və zeytundan istifadəsinin insan sağlamlığı üçün gözlənilən faydanı vermədiyini anladılar. Fayda yalnız əncirin MT ilə zeytundakı MT-ni qarışdırdıqda göründü. Bu fərq edildikdən sonra, Yapon alim qrupu ən yaxşı təsir göstərən əncir və zeytun arasında ən yaxşı qarışdırma nisbətini tapmağa çalışdı. Ən yaxşı qarışıq nisbəti 7 zeytunda və 1 əncirdə olduğu tapıldı.

Dr. Taha İbrahim Qurani Kərimi incələyərək, əncirin yalnız bir dəfə, zeytunun isə yeddi dəfə, xatırlandığını müəyyən etdi. Dr. Taha Qurandan topladığı bütün məlumatları yapon araşdırma qrupuna göndərdi. Tapılan məlumatın 1427 il əvvəl Quranda qeyd edildiyini təsdiqləyən Yaponiya tədqiqat qrupunun rəhbəri müsəlman olduğunu bəyan edib və tədqiqat qrupu araşdırma patentini Dr. Taha İbrahimə verdi.
Oruc tutanlar üçün 7 zeytun 1 əncirin faydaları nədir?
7 zeytun bir əncir bərabər yeyildikdə orqanizmi toksinlərdən təmizləyər və ölmüş hüceyrələri bərpa edər ki,buda yaşlanmanın qarşısını alar.Beyin hüceyrələrini qoruyar və hafizəni güclündirər.Sinir hüceyrələrini yeniləyər və depressiyadan əziyyət çəkənlərə çox faydalıdır.Laktoz allergiyası olanlar ,süddən ala bilmədiyi kalsiumu bu iki möcüzəvi bitkidən ala bilərlər.
Səhər yuxudan oyananda və axşam yatmazdan əvvəl 7 zeytun və 1 əncir yeyilməlidir .Çünki bu vaxtlar vücüdümüzün yenilənmə saatları sayılır.Qan şəkərini balanslaşdırdığı üçün,şəkər xəstələridə istifadə edə bilər.İmmun sistemini güclındirdiyi üçün ,xərçəngə yaxalanmaq riskini azaldır.Döş,ağ ciyər,qara ciyər xərçənginin hüceyrələrini azaltdığı da elmə məlumdur. Məhz bunu nəzərə alaraq imsak və iftar vaxtında 7 zeytun 1 əncir yeməyin faydalı olduğunu düşünürəm.
Bundan əlavə,imsakda çox ağır olmayan, sağlam, eyni zamanda gün ərzində orqanizmi tox tutan, zülal və karbohidrat tərkibli qidalara üstünlük vermək lazımdır.Yumurta, ağartı məhsulları, kərə yağı, qaymaq, qatıq, yüksək lifli qidalardan mərci, lobya, noxud, çərəzlər və quru meyvələr yeyilə bilər. Vitamin və mineral ehtiyacları təmin etmək üçün meyvə və tərəvəzləri menyuya daxil etmək lazımdır. Meyvə-tərəvəz həm oruc tutanın vücudunun artan aclıq və susuzluq hissinin qarşısını alır, həm də sağlamlığına faydası olur. Bütün günü maye ehtiyacını təmin etmək üçün otaq temperaturunda olan su, ayran, təzə sıxılmış meyvə, tərəvəz şirələri, şorba və kompotlar içmək məqsədə uyğundur. İmsakda yeməkdən dərhal sonra yatmaq olmaz. Ən az yarım saat sonra yatmaq lazımdır.

– Oruc tutan şəxslər hansı qida və içkilərdən uzaq durmalıdır?
– Çox ədviyyatlı məhsullar, duzlu pendir, turşular, konservlər, emal olunmuş ət məhsulları (kolbasa, sosiska, hisə verilmiş balıq) kimi qidalardan uzaq durmaq lazımdır. Bu cür qidalar gün ərzində susuzluq hissini artırır. Həmçinin qazlı rəngli içkilər, enerji içkiləri və qəhvədən uzaq durmaq lazımdır.Qəhvə kofein tərkibli olduğu üçün bədənin su ehtiyacını artıracaq ki, bu da oruc tutan insan üçün müxtəlif çətinliklər yarada bilər.

Ekspert iftar zamanı qidalanmanın hansı şəkildə olmasından da danışıb:
“İftar zamanı süfrəyə mütləq şəkildə su, əncir qurusu, zeytun qoyulmalıdır. İftar su və xurma ilə açılmalıdır. Bundan sonra isə şorba içmək və bir qədər gözləmək lazımdır. Müəyyən fasilədən sonra isə digər yeməkləri yaxşı çeynəyərək yemək olar”.
İftarda ağırlaşma hissinin olmaması üçün menyu necə hazırlanmalıdır?
– Ramazan ayında oruc tutanlar iftar saatı yaxınlaşdıqda zəngin menyu ilə süfrəni hazırlayırlar. Ancaq, uzun sürən aclıqdan sonra boş mədəni çox yemək ilə yükləmək olmaz. Qızartma, həddindən artıq yağlı, xəmir yeməklərindən və unlu qənnadı məmulatlarından iftar və imsak süfrələrində doyumluq deyil, yalnız dadmaq üçün istehlak etmək məqsədəuyğundur.

Yaxşı olar ki, iftar otaq temperaturunda su və xurma ilə açılsın. Xurmanın tərkibində şəkər, zülal, lif və yağdan başqa 15 fərqli mineral və C, B1, B2 və A vitaminləri var. Həmçinin xurmada immunitet sistemini gücləndirərək xərçəngin qarşısını alma funksiyasına sahib selenium kimi minerallarda mövcuddur.

İftar yeməyinə mərci, tərəvəz və ya paxlalı şorba , bir dilim tam buğda, ya da çovdar çörəyi ilə başlamaq lazımdır. Ən az yarım saat sonra zeytun yağı ilə hazırlanmış tərəvəz salatı, ardından ət, toyuq, balıqla hazırlanmış və tam qızarmamış yeməklərə üstünlük verilməlidir.

Çay süfrəsində yaxşı olar ki,quru meyvələr, çərəzlər və xurma üstünlük təşkil etsin. Çaya gəlincə, oruc tutan insanların bədənlərində susuzluq və mədə narahatlığına qarşı bitki çayları çox faydalıdır. Xüsusilə razyana və çobanyastığı çayı tövsiyə olunur.

– Kimlər oruc tuta bilməz?
– Yaşlı və xəstə insanlar mütləq həkim müayinəsindən keçməli və həkimlərinin məsləhəti olmadan oruc tutmaları tövsiyə olunmur.
ALLAH ORUCUNUZU QƏBUL ETSİN !
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
