I Milli Abilimpiya Çempionatı keçirilib – FOTO
26 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyasının təşkilatçılığı ilə “Cake School by Emilya İsmayılova”da aşpaz və qənnadçı peşə sahələri üzrə çempionat keçirilib.

Çempionatda ümumilikdə sadalanan peşə sahələri üzrə 12 nəfər sağlamlıq imkanları məhdud şəxs iştirak edib.

Yarışda iştirakçılar 90 dəqiqə ərzində öz bacarıqlarını nümayiş etdiriblər. Çempionat peşə sahələri üzrə yerli ekspertlərin hakimliyi ilə keçirilib.

Aşpazlıq peşə sahəsi üzrə yarışda birinci yeri Əhmədov Natiq, ikinci yeri Orucəliyev Saleh, üçüncü yeri Əliyeva Lamiyə, qənnadçı peşə sahəsi üzrə yarışda birinci yeri Bağırov Toğrul, ikinci yeri Həsənova Cəmilə, üçüncü yeri İbrahimova Firəngiz qazanıblar.
Qalib gəlmiş iştirakçılara medal və diplom təqdim olunub.

Tərəfdaşlar: UNICEF, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Paralimpiya Komitəsi, Azərbaycan Aşpazlar Gildiyası, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi, Bakı Masaj Məktəbi, Chef School by Emilya Ismayilova, Cake School by Emilya Ismayilova, Step IT Academy, Saxara salon, Şəms tərcümə mərkəzi.
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
