Amerikanın CNN kanalının yayımladığı ənənəvi “Taste of” rubrikasında milli mətbəximizin tacı olan Şah plovdan danışılıb – VİDEO
Amerikanın CNN kanalının yayımladığı ənənəvi “Taste of” rubrikasında milli mətbəximizin tacı olan Şah plovdan danışılıb. Rubrikanın qonağı Mərkəzimizin Kulinariya istiqaməti üzrə təlimçisi, Azərbaycan Aşpazlar Gildiyasının sədri İlkin Əkbərzadə olub.
Qeyd edək ki, İlkin Əkbərzadə bir sıra beynəlxalq Kulinariya təşkilatlarının üzvü kimi müxtəlif festivallarda münsif qismində çıxış edir. 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən “World of Food” kulinariya festivalında dünyanın 56 ölkəsindən usta aşpazların hazırladığı 2586 növ şirniyyatdan ibarət nəhəng masa Ginnesin Rekordlar Kitabına daxil edilib. Həmin süfrədə İlkin Əkbərzadənin hazırladığı 55 adda Azərbaycan şirniyyatı da təqdim olunub.
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
