“Qozun iç pərdəsi ağ ciyərlərin və öskürəyin bir nömrəli dərmanıdır”- “MÜTƏXƏSSİSDƏN TÖVSİYƏ”
Salatlarda, qəlyanaltılarda və hətta yeməklərdə də seçim edilə bilən qozun iç pərdəsi görünüşünə görə ağciyəri xatırladır. Ən təəccüblü xüsusiyyəti isə ağciyərə bənzəyən bu qoz pərdəsinin ağciyərin müalicəsində çox təsirli olmasıdır. Yuxarı tənəffüs yollarının əksər xəstəliklərini, xüsusən də öskürəyi dərhal aradan qaldırmaq xüsusiyyətinə malikdir.Bu sözləri qidaelmi.az -a qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə orqanizmdə sərbəst radikallara qarşı mübarizə aparan qozun iç pərdəsi,eyni zamanda immunitet sistemini gücləndirir, xərçəng hüceyrələrinin qarşısını da alır.Qoz pərdəsini qaynadıb içməklə həm ağ ciyərlərin sağlam qalmasına və təmizləməsinə yardımçı olmaq olar ,həmdə siqaret çəkən insanlar da siqaretin ağ ciyərlərə vurduğu zərərin qarşısını ala bilərlər.
Ev şəraitində də qoz qabığından çayı asan yolla hazırlamaq mümkündür.Otaq temperaturunda soyudulmuş bu çay gündəlik istehlak oluna bilən içkilərdən sayılır.
Hazırlanma qaydası,5-6 ədəd qozun iç pərdəsi bir stəkan suda qaynadılır və 5 dəqiqə qaynadıqdan sonra otaq temperaturunda soyudulub içilir.
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
