Kulinarların 30 illik həsrəti Azərbaycanda “ACSA” tərəfindən gerçəkləşdi
Dünya Kulinariya Təşkilatı tərəfindən keçirilən münsif seminarı Ölkəmizdə Dövlət Turizm Agentliyinin dəstəyi və Azərbaycan Kulinariya Mütxəssisləri assosasiyası tərəfindən keçirilir.
Nəzərinizə çatdıraq ki,30ildir bu tədbir Azərbaycanda keçirilməyib və ilk olaraq, Azərbaycan Mütəxəssisləri Assosasiyası (ACSA) tərəfindən keçirilir. Azərbaycan kulinarları münsif kurslarına hər zaman xarici ölkələrdə və onların üzvlüyü sayəsində qatılıb.
Azərbaycan Kulinariya Mütəxəssisləri Assosasiyası (ACSA), Beynəlxalq Kulinariya Təşkilatına (WACS)- a 2022 ci ilin iyunun da üzv olub. Üzv olduqdan sonra assosasiyanın ilk addımı bu tədbirin ölkəmizdə keçirilməsinə və münsiflərin yetişməsinə yönəldi.
Seminar bitirən kulinarlara beynəlxalq dərəcəli diplom verilir və bu diplom 2 il etibarlılıq müddətindədir.Kulinarlar 2 il ərzində Dünya Kulinariya Təşkilatı (WACS) tərəfindən təsdiqlənmiş kulinariya çempionatların müxtəlif vəzifələrdə, (Marshal, Rookie, Asisstant Judge) kimi iştirak etməlidirlər.Bununla yanaşı ölkənin ümumdünya kulinariya təşkilatına üzv olan assosasiyyasının üzvlüyü məktubda təsdiqləməlidir.
Bütün bu sənədlər toplandıqdan sonra onlayn formatda mərkəzə yəni Dünya Kulinariya Teşkilatının (WACS)- ın ofisinə göndərilir və diplom təsdiqləndikdən sonra milli münsif olaraq fəaliyyətə başlayır.
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
