Suşi zəhərlənməsinin başlıca səbəbləri – Mütəxəssis Açıqlaması
Suşini acgözlüklə yemək ishala və qida zəhərlənməsinə səbəb olur.Çiy və az bişmiş balıqlarda anisakis parazitləri və anisakis sürfələri ola bilər.Bu sözləri qidaelmi.az saytına açıqlamasında qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib.

Sürfələr insan orqanizmində uzun müddət yaşaya bilməsələr də mövcud olduqda,mədə və nazik bağırsağın selikli qişasına yapışaraq, qəfil qarın ağrısı, ürəkbulanma, qusma və ishala səbəb ola bilər. Ona görə də suşi həvəskarları normadan artıq suşi istifadə edəndə diqqətli olmalıdırlar.
Bundan əlavə balıqla hazırlanan suşilərdən iki növ qida zəhərlənməsi əmələ gələ bilər. Bunlar ciguatera zəhərlənməsi və skombroid zəhərlənməsidir. Bu zəhərlənmələrin simptomlarına qarın ağrıları, ürəkbulanma, qusma və ishal daxildir.
Suşidən zəhərlənmənin bir səbəbidə qidanın çarpaz çirklənməsidir. Məsələn,hər hansısa çiy məhsulu (toyuq ,ət,və.s) doğradığımız bıçaq ilə suşini doğrayıb servis edərsək. Və ya doğrama taxtasınxa cinslərinə uyğun olmayan riskli qidaların doğranması və.s
Qeyd edək ki dünən BDU nun 4 qız tələbəsi suşidən zəhərlənib.
Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, suşidən zəhərlənən tələbələrdən biri evə buraxılıb. Digər 3 nəfərin isə vəziyyətləri orta-ağır olaraq qiymətləndirilib.Zəhərlənmə diaqnozu ilə gətirilən hər 4 tələbə qızdır və eyni fakültənin tələbələridir.
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
