Dünyada meşələrin yandırılması qəsdli şəkildə törədilir – Mütəxəssis Rəyi
Məsələ ilə bağlı Medianews.az-a danışan Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı bildirib ki, dünyada meşələrin yandırılması qəsdli şəkildə törədilir:

“Son 5 ildə dünyada meşə yanğını xəbərləri ilə tez-tez rastlaşırıq. Gözümüzün qarşısında nəhəng meşələr alışıb külə dönür. Amazon, Sibir, Kaliforniya meşələrində baş verən yanğınlar yaddaşımızda ağrılı izlər qoyub. Bu yanğınlar qəsdən törədilir. Hamısı qlobal planın parçasıdır. Ehtiyatsızlıqdan yaranan ocaqlar yalnızca 10 faiz ola bilər. Türkiyədə baş verən yanğınlar buna sübutdur. Türkiyə rəsmiləri açıqladı ki, yanğınlar qəsdən törədilib. Təbii baş verən yanğınlar bir xətt üzərindən getmir. Türkiyədə törədilən yanğınlar isə bir xətt üzərindən gedib. Müxtəlif kapsulaların meşəyə atılması ilə süni şəkildə yanğın törədilir”.
Ekoloq Azərbaycanda baş verən yanğınların təbii şəkildə formalaşmadığını söyləyib:
“Təbiətdə hər zaman yanğınlar olur. Zamanla günəşdən gələn şüalar nəticəsində quru meşələrdə yanğınların baş verdiyini müşahidə edirik. Həmin ağaclarda müəyyən mayelər var ki, günəş şüalarından təsirlənərək yanğına səbəb olur. Lakin Azərbaycan meşələrində həmin mayelərin olduğu ağaclar yoxdur. Onlar ancaq tropik ölkələrdə olur. Həmçinin hadisələrin ardıcıl şəkildə baş verməsi göstərir ki, Azərbaycanda da yanğınlar qəsdən törədilir. Bunu insanların üzərinə atmaq lazım deyil. Orada kiçik ocaq qalamaqla meşə yana bilməz. İnsanlar ocağı söndürməsələr də, o öz-özünə sönəcək”.
Elçin Bayramlı iddia edib ki, meşələr qlobal korporasiyalardan gələn əmrlə yandırılır:
“Meşələri qlobalistlər yandırırlar. Əsas məqsədləri də palma plantasiyaları salmaqdır. Meşələri yandırırlar, sonra yerində palma plantasiyaları yaradılır. Həmçinin ağaclar 5G və elektromaqnit dalğaların udulmasına səbəb olduğu üçün qlobal şirkətlərə sərf etmir. Onlar dünyanın hər yerinə dalğaları ötürə bilmirlər. Qlobal korporasiyaların rəhbərləri oksigenimiz əvəzinə ciblərini doldurmağı üstün tuturlar. Dünyanın qida anbarlarını da onlar yandırıb. Süni şəkildə qıtlıq yaradırlar. Hamısı böyük planın tərkib hissəsidir”.
Ekspert yanğınların qarşısının tam alınmağının mümkünsüz olduğunu qeyd edib:
“İnsanlara qarşı aparılan bu terrorun qarşısını tam almaq mümkün deyil. Çünki biz nə qədər söndürsək, onlar o qədər yandıracaqlar. Yalnızca həcmini azalda bilərik. Bunun üçün meşə zolaqlarında, girişlərdə nəzarətçilərin sayını artırmaq lazımdır. Kameraların sayı çoxaldılmalıdır. Əks halda proses şiddətli şəkildə davam edəcək. Onsuz da Azərbaycanın meşə fondu 10 faizdir, yəni azdır. Səhra ölkələri istisna olmaqla, biz dünyada ən az meşə fonduna sahib ölkəyik”.
Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov
