“AQTA” 12 adda enerji içkisinin, enerji içkisi olmadığını açıqladı – İSTEHLAKÇILARA AÇIQLANMAYAN SƏBƏB (VİDEO)
“AQTA 12 adda olan bu içkiləri enerji içkisi olmadığını aşkarladı.Aparılan monitorinqlər zamanı ticarət şəbəkələri və ictimai iaşə obyektləri tərəfindən aşağıda adları qeyd edilən içkilərin istehlakçılara “enerji içkisi” kimi təqdim olunması (həmin içkilərin enerji içkiləri adlı bölmədə yerləşdirilməsi, qiymət etiketində enerji içkisi qeyd olunması və s.) halları aşkarlanmışdır ki, bu da istehlakçıların aldadılmasına və onların hüquqlarının pozulmasına səbəb olur.”
Bu içkilərin enerji içkisi olmadığını təsdiqləyən AQTA, bu məhsullar da hansı inqrediyentlərin çatışmazlığı qənaətinə gəlib bu qərarı verib? Taurin? Yoxsa Kofein?
Bu məhsulların zərəri barədə təbii ki istehlakçılar maarifləniblər və bilirlər ki,taurin və kofein ürək qan damar sisteminə,şəkərli diabetidən əziyyət çəkənlərə, böyrək xəstəliyindən əziyyət çəkənlərə , uşaqlara və yaşlılara olduqca zərərlidir.
Bu gün bazarda taurinsiz və kafein səviyyəsi aşağı olan enerji içkiləri, dəfələrlə süni kərə yağı altında satılan yağlardan faydalıdır. Biz enerji içkilərini nə reklam nədə tərif etmirik. Bəli rəngli qazlı içkilər insanlar üçün sağlam sayıla bilməz. Amma bazarda təkcə enerji içkiləri deyil ,bir çox məhsulların monitorinqi aparılmalıdır.
1. “A+ Co” ASC tərəfindən istehsal edilən “Pit bull” – enerji içkisi deyil;
2. АО МПБК “Очаково” tərəfindən istehsal edilən “Mohito Fresh” – enerji içkisi deyil;
3. “OOO Megapak” tərəfindən istehsal edilən “Fresco” (mojito çiyələk) – enerji içkisi deyil;
4. “Boom Group” Ltd tərəfindən istehsal edilən “Boom” (cherry) – enerji içkisi deyil;
5. “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar” – enerji içkisi deyil;
6. “Berg Food” Gmbh tərəfindən istehsal edilən “Jara” (moxito) – enerji içkisi deyil;
7. “Berg Food” Gmbh tərəfindən istehsal edilən “Berg glukose” – enerji içkisi deyil;
8. “Berg Food” Gmbh tərəfindən istehsal edilən “Jara” – enerji içkisi deyil;
9. “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon” – enerji içkisi deyil;
10. “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell” – “Hell classic night” istisna olmaqla, enerji içkisi deyil;
11. “A+ Co” ASC tərəfindən istehsal edilən “Full orijinal yeni nəsil” – “Full energy” istisna olmaqla, enerji içkisi deyil;
12. “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” – enerji içkisi deyil.
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
