Marketlərdə toyuq nəcisi ilə maskalanmış kənd yumurtası hiyləsi -VİDEO
Marketlərdə hər kəsin diqqətini çəkən və kənd yumurtası adı altında satılan “yumurtalara” rast gəlmişik.
Bu yumurtaların üstünə toyuq nəcisi sürtüb istehlakçıları da aldatmaq ilə məşğul olurlar.
Kənd yumurtasının faydaları
Kənd yumurtasının tərkibində insan orqanizmi üçün mühüm rol oynayan natrium, kalium, kalsium, dəmir, maqnezium və sink kimi minerallar var.
A vitamini, D vitamini, B12, B6, riboflavin və E vitamini olan yumurtanın tərkibində beyin funksiyalarında çox təsirli olan xolin də var. Kənd yumurtası omeqa 3 yağ turşuları ilə də zəngindir və tərkibində adi toyuq yumurtasından üç dəfə çox omeqa 3 var.
Əsl kənd yumurtası ilə sadə yumurtanın fərqi nədir?
1. Kənd toyuqları broyler toyuqlar kimi,dar qəfəsdə stres altında saxlanılmır deyə, yumurtalarında da stress hormonu İfraz olunmur.
2. Kənd yumurtasının qida dəyəri sadə yumurtaya görə dəfələrlə üstündür.
3.Kənd toyuqları kimyəvi hormonal yemlər ilə yemlənmir və gəzdiyi ərazidə orqanik otlar və zülallar (soxulcan) ilə qidalanır. Ona görə də kənd yumurtası sadə yumurtaya görə dəfələrlə çox faydalıdır.
4. Kənd toyuqlarına heç bir profilaktik dərman və ya antibiotik verilmir.
5. Kənd yumurtası sadə yumurtaya nisbətən daha tez bişir.
6. Kənd yumurtasının sarısı tünd sarı rəngə çalır.
7. Orqanik yem ilə qidalanan kənd toyuğunun yumurtası fərqli ölçülərdə olur.
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
