Allah Qurani Kərimdə GMO məhsullar haqqında hansı ayələri nazil edib?
Allah Qurani kərimdə GMO məhsular haqqında bir çox ayələrdə insanlara xəbərdarlıq edib. Minilliklərin və İslam dünyasının müqəddəs kitabı olan Qurani Kərimdə,min illərlə öncə dəqiq yazılmış bu ayələrə şəkk etmək belə mümkün deyil.Quran ayələrini araşdıran da bu kitabın həqiqətəndə möcüzəvi və səmavi bir kitab olduğu sübut olunur.

Bəqərə surəsi 211 ci ayədə Allah buyurur:”Allahın nemətinə nail olandan sonra,onu dəyişdirənlərə (geninin modifikasiya olunması) Allah şiddətli əzab verəcəkdir”.
Nisa surəsi 119 cu ayə.Allah buyurur: (Şeytan dediki 🙂 “Onları hökmən doğru yoldan sapdıracaq,puç xülyalara salacaq və Allahın yaratdıqlarını dəyişdirməyi ( modifikasiya olunması) əmr edəcəyəm”.
Bəqərə surəsi 205 ci ayədə Allah buyurur :”Yer üzündə fitnə fəsad törətməyə,əkini və nəsli məhv etməyə çalışarlar.Halbuki Allah fitnə fəsad sevməz”
GMO NƏDİR ?
GMO-(Geni Modifikasiya Olunmuş) bir orqanizmə məxsus irsi məlumatların (DNA və RNA) biotexnoloji şəkildə dəyişdirilməsidir. Canlı bir orqanizmdəki hər hansı bir funksiyanın və ya canlının xarici quruluşunun xüsusiyyətini genetik olaraq dəyişdirə bilər.

Məsələn; qütblərdə yaşayan bir balığın soyuğa dözümlülük genetikası hansısa bir çiyələyə tətbiq edilərsə, nəticədə soyuğa dözümlü çiyələklər yetişdirilə bilər.
GMO-nın zərərləri nədir?
GMO-nun insanlarda immun və həzm sisteminə pis təsir göstərməsi və immun sisteminin zəifləməsinə səbəb olduğu üçün, bədənin xəstəliklərə həssaslığınin yaranması,yüksək allergiya,həzm pozğunluğu, hormonal pozuntular kimi fəsadlara səbəb olur.
Quran’i Kərimdə Bəqərə surəsi 205 ci ayədə də deyildiyi kimi ,GMO əkini və insan nəslini məhv edər. Beləki Vyana Universitetində siçanlar üzərində aparılan tədqiqatlar, GMO pomidoru yeyən siçovulların üç nəsildən sonra qısır olduğunu göstərdi.Prof.Dr.Kenan Demirkol da bununla bağlı belə bir fikir söyləmişdi “İnsan həyatı siçandan uzun olur. İnsanların 30 yaşında evlənəcəyini düşünsək, bunu başa düşməyimiz üçün 90-100 il gözləyəcəyikmi? ”
GMO məhsulları və onlarla əlaqəli insektisidlər quşlar, böcəklər, amfibiyalar, arılar, kəpənəklər, balıqlar kimi zərərsiz canlıların ölümünə səbəb olmaqla yanaşı, dənizdəki ekosistemə və torpaqdakı orqanizmlərə zərər verir. Bu zərərli kimyəvi maddələr biomüxtəlifliyi azaldır və su ehtiyatlarını çirkləndirir.
Hansı məhsullar GMO-ludur? Bunu necə müəyyən edə bilərik?
Dünya üzərində çox sayda qidanın genetikasının dəyişdirildiyi üçün bunu müəyyən etmək çox çətindir. Yer fındığından tutmuş, kartofa, qarğıdalıya çiyələyə, qarpıza,bibər və pomidora kimi, bir çox qidaların geni modifikasiya olunur və olunmaqdadır.Ancaq GMO məhsulları müxtəlif yollarla ayırd etmək olar.
1.Hamar və içində çürüyü olmayan meyvə və tərəvəzlər.Adətən belə məhsullar GMO məhsullardır.
2. Ölçü bərabərliyi bir birinə yaxın olan məhsullar.
3. Mövsümü olmadan satılan meyvə və tərəvəzlər GMO məhsulları ola bilər.
4.Xüsusilə pomidor və bibər kimi toxumlu məhsullarda toxumların az və ya olmamasına diqqət yetirməlisiniz. Az və ya heç bir toxumu olmayan məhsullar GMO olaraq hazırlanmışdır.
5.GMO məhsullarının xarici səthləri ümumiyyətlə sürüşkən və yağlı bir təbəqəyə malikdir. Meyvə və tərəvəz alarkən bunun belə olub olmadığına diqqət yetirin.
6. Günlərlə açıq havada qaldıqda çürüməyən meyvə və tərəvəzlərin GMO məhsul olma ehtimalı da yüksəkdir.

Ölkədə GMO məhsullarını qadağan edən hüquqi sənədlərin qəbul olunmasına baxmayaraq, bu cür məhsullar hələ də bazarda mövcuddur. Maksimal dərəcədə çalışmalıyıq ki bu cür qidalardan uzaq duraq,yerli məhsulları istehlak edək ki, işbazların bazarını da bu cür zəiflətmiş olarıq.
Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov
