Ev üsulu mayonez ilə hazırlanmış sağlam şaurma – RESEPT
Ev sayağı şaurma
Lavaş – 2 əd (yekə)
Toyuq filesi – 0.200
Pomidor – 0.060
Xiyar – 0.060
Rəngli bibər – 0.040
Qırmızı soğan – 0.030
Kahı yada İce berg – 0.040
Mayonez – 0.060 qr ( ev üsulu ilə hazırlanmış)
Düz – zövqə görə
İstiot- zövqə görə
Hazırlanma qaydası :
Toyuq filesi duz istiot vurub tavada yada 200°C fırında 20 dəq qızardılır ( parda daha sağlam olar). Kənarda 2 əd lavaş açılır içinə mayonez sürtülür və bişmiş toyuq filesi, pomidor,xiyar, rəngli bolqar bibəri, kahı, qırmızı soğan incə samanvari doğranır sıralama lavaşın içinə düzülür. Lavaşın hər iki tərəfini bağlamaq şərti ilə dürmək formasında bükülür.Sonra isə isti tavaya qoyub az qızardırıq ki xircildayan olsun. Daha sonra iki yerə bölüb süfrəyə təqdim edirik.
Ev sayağı moyonez hazırlanması
Qarğıdalı yaği – 0.200
Yumurta – 1 əd
Sirkə – 1 ç/q
Duz – zövqə görə
Hazırlanma qaydası:
Qarğıdalı yağıni dərin bir qaba töküb,içinə yumurtanı elə əlavə edirik ki sarısı dağılmasın. Sonra sirkə və duzu əlavə edib,blenderi yumurtanın sarısının üstünə qoyub hardasa 2-3 dəq blenderdən (mayonez qatı hal alanadək) keçiririk.
Toyuq Filesinin Faydaları :
100 qram toyuq filesində 31 qram zülal var və ən yaxşı zülal mənbələrindən biridir.Bildiyimiz kimi, zülal pəhrizin vacib bir hissəsidir və əzələ toxumasının quruluş səbəbkarı olan amin turşularından ibarətdir. Ümumiyyətlə, gündəlik tövsiyə olunan protein miqdarı 1 kq bədən çəkisi üçün 1 qramdır. İdmançılar üçün isə 2 qr və ya daha çox ola bilər.
Toyuq filesi yalnız zülal mənbəyi deyil, həm də vitamin və minerallar ilə zəngindir. Bundan əlavə, B vitamini immuniteti gücləndirir, yorğunluğu aradan qaldırır, həzmi tənzimləyir,sinir sistemini yaxşılaşdırır,migren, ürək xəstəlikləri, saçların ağarması, yüksək xolesterol və diabet xəstəliyinin qarşısını alır. Toyuq filesində olan D vitamini, kalsiumun sovrulmasını təmin edərək sümükləri möhkəmləndirməyə kömək edir. Həm də toyuq filesi A vitamini və dəmir kimi bəzi mineralların quruluşunu təmin edərək hemoglobinin meydana gəlməsini dəstəkləyir. A vitamini əzələ fəaliyyətini dəstəkləyir, göz sağlamlığını qoruyur və anemiyanın qarşısını alır.
Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov
