Konfetin tarixdə qət etdiyi yol və tərkibindəki dəyişikliklər …
Konfetlər ilk dəfə eramızdan əvvəl 2000 ci ildə qədim Misirdə yaranıb.Qədim Misirlilər quru meyvələri ,çərəzləri bal və xurma ilə qatıb küp halına gətirib konfet əldə edərdilər.Konfet sözü latınca Confectum sözündən gəlir ,yəni bişmiş iksir və ya kiçik plitə, yastı həb, kiçik şar və.s.

Sənaye inqilabından əvvəl konfet tez-tez həzm sistemini sakitləşdirmək və ya boğaz ağrısı üçün istifadə edilən dərman növü hesab olunurdu.Orta əsrlərdə konfet yalnız varlıların masalarında görünürdü. O dövrdə, həzm problemlərinə köməkçi olaraq istifadə edilən ədviyyat və şəkərin birləşməsi kimi başlayan konfetlər,19 cü əsrdən bu günümüzə qədər geniş çeşidləri ilə yayılmağa başladı.
Konfet alarkən nələrə diqqət edilməlidir?
1şBir çox məhsullarda olduğu kimi, o cümlədən qənnadı və konfetlərdə də paketlənmə çox vacibdir. Çünki şirniyyat məhsullarının bir çoxunun tərkibində bitki yağlarından istifadə olunduğu üçün istiyə qarşı həssas olurlar.Ona görədə konfet məhsullarının qablaşdırılmasına diqqət olunmalıdır ki , yırtılmış olmasın, ərimiş və şirəli olmasın, xoşagəlməz qoxu olmasın. Qablaşmanın üzərində son istifadə tarixi olsun.
2.Marketlərdə çəki ilə satılan konfetlərin son göstəriş tarixi olmadığı üçün, işbazlar çox vaxt vaxtı keçmiş konfetləri satışda saxlayırlar. Ona görə də çəki ilə olan konfetlərə xüsusi diqqət olunmalıdır ki, üstündə son göstəriş tarixi olsun.
3. Günəş şüaları altında və yüksək istidə qalmış konfetlərdən uzaq durmaq lazımdır. Həmçinin eyni zamanda üstü ağarmış və parlaq olmayan şokolad məhsullarından da uzaq durmaq lazımdır
Konfetin həssas insanlarin orqanizminə təsiri
1.Unutmaq olmaz ki konfet məhsullarının qablaşdırılmasında onun tərkibində istifadə olunan maddələrin kodlaşdırılması olmalıdır. İstehlakçılar buna xüsusi diqqət yetirməlidirlər. Çünki istehsalda bir sıra E kodu ilə tanınan qida qatqı maddələri, (rəngləndiricilər, dadlandırıcılar , heyvan və bitki yağlarından alınan duzlar ) istifadə olunur ki buda həssas insanların orqanizminə bir sıra təsirlər göstərə bilər.
2.Bəzi həbə oxşar xırda konfetlərin özlərindən qat-qat böyük zərərləri var. İndi də çox satılan bu cür konfetlərdə süni boya, doymuş zərərli yağ qatqıları və ifrat dərəcədə şəkər var ki, bunların üçü də orqanizmi məhv edir.Bu cür konfetlər uşaqlar,yaşlılar və allergiyadan əziyyət çəkən insanlar üçün zərərlidir.Ona görə də uşaqların qidalanmasında mutləq həkim məsləhəti vacibdir.
Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov
