Suşi haqqında bildiklərimiz və bilmədiklərimiz
Min il tarixi olan Suşi-nin Yaponiyadan bütün dünyaya yayılması çox uzun vaxt aldı.Amerikada ilk suşi restoranı 1980 ci ildə açılır və sonra bütün dünyaya yayılır.

Suşi bütün növ çiy balıqlardan hazırlanır.Ancaq Yaponların ən çox istifadə etdiyi balıq,Orkinos(Tuna) balığıdır.Çiy balıq yeyə bilməyənlər üçün isə ilan balığı (unagi) və Ahtapot (Octopus) dan Suşi hazırlanır.Bu iki dəniz məhsulu bişmədən suşinin içinə vurulmur.Yaponiya imperatorluğu tərəfindən yeyilməsi qadağan olunan sadəcə bir balıq mövcuddur. Çay donuzu olaraqda bilinən Fugu adlı balıq,iç orqanlarındakı Tetrodotoxin zəhəri ilə bir insanı öldürə biləcək gücə sahibdir.

Suşinin saşimi növü çiy balıqdan hazırlandığı üçün,hamilə xanımların yeməsi məsləhət görülmür.Ancaq ümumilikdə suşinin ana və uşağa zərərli olması haqqda elmi bir fikir yoxdur.Çiy balıqdan insana keçə biləcək bir çox zərərli bakteriyalar var.Bu bakteriyalardan qorunmaq üçün,suşinin yanında təqdim olunan soya sousuna,wasabi adı verilən yaşıl rəngli acı xardal əlavə olunur.Suşi sevərlərin vaz keçə bilmədikləri bu xardaldakı acılıq, orqanizmi bakteriyalardan qoruyur.Dünyada ən bahalı suşi,Filippinli bir baş aşpaz tərəfindən hazırlanıb.Afrika almazı və 24k qızıl vərəq ilə sarılan şuşi,2700 $ dollara satılaraq rekorda imza atıb.
Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov
