Üyüdülmüş yulafdan ləzzətli peçenye
Sağlam peçenye ilə günə sağlam başlayaq.
1.Yulaf (üyüdülmüş) 400 qr
2.Kərə yağı (otaq temperaturun da ərinmiş) 60 qr
3.Bəhməz (üzüm) 6 x/q
4.Qoz (ovulmuş) 60 qr
5.Rəndələnmiş Alma 60 qr
6.Süd 60 qr
7.Darçın zövqə görə
Hazırlanması
Blender ilə yulafı üyüdüb,kərə yağı,bəhməz,ovulmuş qoz,rəndələnmiş alma,darçını əlavə edib əlimizlə qarışdırırıq.Südü,qarışığın kütlə halına düşəcəyi qədər əlavə edirik.Sonra 50 qramlıq kündələrə ayırıb əlimizlə yastılaşdırıb istədiyimiz şəkilə salıb 160 °C dərəcədə 15-20 dəqiqə bişiririk
Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov
