Sağlam qidalanma anlayışının gerçək mənası …
İnsanın doğulduğu torpaqlarda bitən təbii məhsulları düzgün və balanslı şəkildə istehlak edilməsi sağlam qidalanmadır. Bəzən əksəriyyət xaricdən idxal edilmiş hibrid məhsulları almağa meyillidir və sağlam qidalandıqlarını sanırlar. Təssüf ki insan öz yaşadığı coğrafiya da yetişən məhsulları istehlak etməzsə burda artıq sağlam qidalanmadan da danışmağa dəyməz. Çox vaxt idmanla məşğul olan insanların əzələlərinin inkişafına dəstək üçün və sintetik zülal tozlarından və digər steroidlərdən də istifadə olunur. Bu zaman süni zülal tozları və steroidlər gələcək də onların sağlamlığına da zərərsiz ötüşmür.

Ən unikal variant idmançıların ,ən çox da ağır atletika ilə məşğul olanların qida rasionuna qırmızı ət məhsullarını əlavə etməkdir. Ən azından həftədə iki dəfə qırmızı ət məhsulları istehlak etməklə onlar,ətə qırmızı rəngi verən piqment olan mioqlobin vasitəsilə əzələlərini oksigenlə zənginləşdirmiş olurlar ki ,buda idmançılar üçün çox vacibdir. Bu eyni zamanda ürəyində oksigenlə təmin olunmasına yardımçı olur”.
Təssüf ki,qida sahəsində təhsili və praktikası olmayan, lakin özlərini “qida mütəxəssisi” adlandıran şəxslər xəstələri müayinə etmədən onları kortəbii müalicə edirlər ki ,buda insan sağlamlığına fəsadsız ötüşmür.
“Qidadan anlayışı olmayan, buna uyğun təhsil almayan şəxslər özünü mütəxəssis adlandıraraq ,onlara arıqlamaq məqsədilə müraciət edən xəstələri asan yolla və tez bir zamanda müalicə etməyə çalışırlar. Əslində isə arıqlamaq istəyən pasientlər,ilk olaraq endokrinoloji müayinədən keçməlidirlər. Onların ürək qan damar sistemini, böyrəklərində kreatin səviyyəsini, mədəaltı vəzin durumunu,mədə bağırsaq sistemini və.s müayinə etdikdən sonra pasientlərə pəhriz sistemi icra olunmalı və hər xəstəyə fərdi olaraq pəhriz menyusu tərtib olunmalıdır.
Çox vaxt səriştəsiz dietoloqlar pasientlərə arıqladan çaylar , hazır süni pəhriz məhsulları məsləhət görürlər ki buda pasientlərin daha da xəstələnməsinə gətirib çıxarır. Unutmaq olmaz ki özünə mütəxəssis deyən hər bir dietoloqun və ya qida mütəxəssisinin magistr təhsili və qida kimyası haqqında bilikləri olması da vacibdir. Qida kimyasından anlayışı olmayan heç kim pasientlərə menyu tərtib edə bilməz və bu cinayət sayılır”.
Xatırladaq ki, daha sağlam və incə olmaq, boş vaxtı dəyərləndirmək, zehni tarazlığa sahib olmaq kimi səbəblərdən ötrü dünya əhalisin 33%-i ən az bir idman növü ilə davamlı şəkildə məşğul olurlar.
“Global Advisor” tərəfindən 29 ölkədə aparılan araşdırma zamanı bəlli olub ki, gündə təxminən 2 saat idman edilən Niderland əhalisi dünyanın fiziki cəhətdən ən aktiv ölkəsidir. Braziliya insanları isə gündə 26 dəqiqə fiziki aktivliklə məşğul olmaqla siyahının souncu pilləsində qərarlaşıblar.
Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov
