Avropa da qida boyasının tarixi və müalicəvi xüsusiyyətləri
Dirçəlmə “Renessans” dövründə (1470 – 1530) Avropa da bir qidanın rəngini və ya yalnızca gida dəyərini deyil,ruhani və səmavi maddələrlə də bağlantılı olaraq,onların daxili tibbi gücünüdə göstərdiyi düşünüldü.

Buna görə rəng bənzərliyi səbəbi ilə,şirin və qırmızı üzümün qanı zənginləşdirəcəyi,qara istiotun yada qara rəngli qidaların el arasında “Qara Sevda” elmi adı isə “Melankoli” -ni aradan qaldırdığı məlum oldu.Barbaris bitkisinin kökünün sarı rəngli qabıq qismi ilə Zəfəranın torpaqaltı gövdəsindən əldə edilən tozun,sarılıq xəstəliyini müalicə edə biləcəyi mümkün oldu.
16 cı əsrdə annatto,qırmızı bibər,Braziliya odunu,qırmızı ağac,coccinella kimi, qida boyaları Avropaya yayıldı.1600 cü illərdə təxminən 250 ton Coccinella boyası gəmilər vasitəsilə Avropaya gətirildi.Bunlardan annatto bitkisi bəzən Orta Amerika əhalisi tərəfindən,ləzzət vermək üçün,azca şokolada qatılırdı və içən adamın ağzını qırmızıya boyayırdı.Annatto bir bitki mənşəli boya olaraq günümüzdə “E 160” şəklində kodlanmışdır.Çox az insana allergiya təsiri edərsədə,ümumiyyətlə problem yaşatmaz və qida boyası olaraq istifadə edilir.
Qida Məsələləri Üzrə Ekspert / Ağa Salamov
