Ət ilə qatıq birlikdə istehlak edilə bilər
Ətin yanında qatıq yemək olmaz deyən bəzi “mütəxəssislər” var. Maraqlı məqam burasındadır ki,sadəcə deyib keçirlər ancaq elmi izahını vermirlər. Bu insanların iddialarına görə, ət ilə bərabər istehlak edilən qatıq,ətin tərkibində olan dəmirin orqanizmdə sovrulmasının qarşısını alır , ətin keyfiyyəti də tam öldüyü üçün, tərkibində olan dəmir məhv olur və.s.

Əslində isə bu yalnış bir fikirdir və insanları milli dəyərlərdən ,milli mətbəxdən uzaqlaşdırmaqdan başqa bir şey deyil. Bizim milli mətbəximizin formalaşması bütün dünyaya səs salıb və dünya festivallarında Azərbaycan mətbəxi hər zaman öz sözünü deyib. Bu arada mən özüm eyni zamanda beynəlxalq münsifəm , beynəlxalq festivalların qalibiyəm və biz hər zaman beynəlxalq festivallarda Azərbaycanın milli dəyəri olan mətbəximizi nümayiş etdirmişik.Bunları deməkdə təbii ki məqsədim Azərbaycan mətbəxinin formalaşmasına diqqəti çəkməkdir.
Çünki bir münsif olaraq onu deyə bilərəm ki, əgər sous və qarnir,ətə uyğun olmasa ,və ya hər hansısa bir zərəri olarsa həmin yemək festivalda qalib ola bilməz. Unutmaq olmaz ki qidanın dadına , görünüşünə, gigiyenasına, sağlamlığına qiymət verən münsif heyyəti qida üzrə mütəxəssislərdir. Belə olduğu halda milli dəyərimiz olan Dolmanın yanında min illərdi sous olaraq qatıq verilirsə ,demək ki ət ilə qatıq bir yerdə istehlak edilə bilər. Təbii ki bunun da bir elmi izahı var.Qatığın tərkibində olan kalsium ətin tərkibində olan dəmir ilə zidd olduğuna görə, kalsium vücudumuza daxil olduğu zaman,dəmirin sovrulmasını az olaraq əngəlləyə bilər. Ancaq buda kalsiumun dəmirə təsirindən asılıdır. Ayrıca dəmirin vücud tərəfindən sovrulmasının , kalsium tərəfindən təsirlənməsi nazik bağırsaqlarda olan kalsiumun miqdarına da bağlıdır.
Məsələn : biz Dolmanın yanında qatıq istehlak yeyiriksə , qatıq da təbii olaraq maye halındadırsa , orqanizmin onu həzm etməsi daha qısa müddətdə olacaq və həzmi asanlaşdıracaq. Birdə unutmaq olmaz ki ana yeməyin yanında sous qarnirdən 30% az olmalıdır ki sağlam qida olaraq qəbul edilsin.Əgər biz 180 qr Dolmanın yanında 30 qram qatıq istehlak ediriksə burda dəmir itkisindən və ya hər hansısa zülal itkisindən söhbət gedə bilməz.Bir sözlə ət ilə qatıq norma həddini aşmadan bir yerdə istehlak edilə bilər.Demək ki hər şey öz çərçivəsində, normasında daha gözəldir və daha sağlamdır.
Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov
