Şokoladın ləzzətli tarixi
Şokoladın 4000 illik tarixi qədim Mesoamerikada, indiki Meksikada başlayıb. İlk kakao bitkiləri burada tapıldı. Latın Amerikasının ən qədim sivilizasiyalarından biri olan Olmeklər kakao bitkisini şokolada çevirən ilk insanlardır. Onlar şokoladı həm içki həmdə dərman kimi istifadə edirdilər.

Şokolad, hündürlüyü 4-8 metrə çatacaq kakao ağacının meyvəsindən, qovrulmuş kakao dənələrindən hazırlanır.Kakao ağacı 4 yaşında və ildə iki dəfə bar verir.Bir meyvənin içində hər biri hardasa 2,5 sm boyunda 20-40 əd kakao dənəsi olur.Adı Azteclərin Nahuati dilindəki “tchocolati” sözündən gəlir.Həmçinin Mayyaların səs küy anlamına gələn “choco” və su anlamına gələn “ati” sözlərinin birləşməsi olan bu sözü,maye halında olan şokoladı qaynar su dolu qabın üstündə, köpüklənməsi üçün qarışdırarkən çıxan səsləri ifadə etmək üçün, istifadə etdikləri “xocoati” dən götürmüşdülər.
Antik dövrlərdə şokolada “teobrama” ,yəni “Tanrıların içkisi” də deyilirdi.Amerika kəşf edilməmişdən öncə kakao dənələri o qədər dəyərli idi ki,pul əvəzinə istifadə olunurdu. Beləki 3 kakao dənəsinə bir hinduşka yumurtası,10 kakao dənəsinə bir dovşan,100 kakao dənəsinə bir qul satın almaq olardı.1502 ci ildə Xristofor Kolumb,Santa Maria adlı gəmisi ilə Nikaraqua torpaqlarına yaxınlaşdığında yerlilərin başçısı bir kölgəlik də günəşdən qorunmaq üçün uzanmışdı.O Xristofor Kolumbu da yanına dəvət edib ona misdən hazırlanmış əşyalar və kakao toxumları hədiyyə etdi.Ancaq Xristofor Kolumb, kakao dənələrinin nə qədər qiymətli olduğunu başa düşməmişdi.1519 cu ildə Hemando Cortes ,yerlilərin əlindən ilk isti , köpüklü şokoladı, Aztek Kralı Montezumaya (1440-1469) təqdim olunduğu kimi,yəni qızıl örtüklü tısbağa çanağında içib və inanılmaz dərəcədə dadlı olduğunu hiss etdi.
Ondan sonra oda Kral kimi,tanrıların içkisindən hər gün 50 çanaq içməyə başladı.Beynəlxalq şokolad tarixinə gəlincə,1528 ci ildə İspan gəmiləri qızıl dolu kisələrlə yanaşı kakao dolu kisələrdə daşımağa başlamışdılar və beynəlxalq şokolad tarixi də elə bu illərə təsadüf etmişdir.Təbii isti şokoladın dadı acı olduğu üçün uşaq və xanımlar üçün qadağan olunmuşdu.Bu işlə məşğul olan ticarətçilər Meksikada 17 ci əsrdə elə bir resept hazırladılar ki,bu yeni məhsulu dadan adam ,bu içkinin aludəçisi olurdu.İçinə vanil, portağal çiçəyi və müşk otu əlavə edilmiş isti şokolad içkisi İspaniyada çox qısa zamanda yayıldı.Kral V.Carlos şokolad üzərində inhisar qurmaq məcburiyyətində qaldı.Tələb xüsusilə aristokrat xanımlar tərəfindən canlanırdı.İki saatdan bir böyük bir fincanda şokolad içmək, qadınlar arasında ənənə halına çevrilmişdir.
Onların şokolad düşkünlüyü o dərəcəyə çatmışdı ki,hətta dini ayinlər də belə şokolad içmədən dayana bilmirdilər.Kilsə rəhbərliyi belə,çarəsiz qalırdı və bir sözlə şokolad katolik dünyasında böyük mübahisələrə səbəb olmuşdu.Orucluq vaxtı yemək yeməkdən məhrum olan bu insanlara , içki də qadağan olmuşdur. Şokoladın yemək və ya içki olduğu haqqında mübahisələr 1636 cı ilədək davam etdi.Bununla belə keşişlər şokolad biznesini baltalamaq niyyətində də olmadıqları üçün,şokoladın içki olduğuna da qərar verildi.18 ci əsrdə şokolad bütün Avropaya yayıldı və bir kiloqram şokoladın qiyməti bir işçinin dörd günlük maaşına bərabər idi.
18 ci əsrin sonlarında ilk şokolad fabriki 1780 cı ildə Bayonne də(Fransa) açıldı.1828 ci ildə Van Houten şokolad tozu üçün patentini aldı. 1847 ci ildə Fry şirkəti ilk şokolad barını açdı.1869 cu ildə Noisiel də (Fransa) dünyanın ən böyük şokolad fabriki açıldı.Sonra Henri Nestle 1867 ci ildə fabrikini açdı.1876 cı ildə İsveçrəli Daniel Peter , şokolada süd qataraq fərqli bir qarışıq əldə etdi.Sonra bu icadını İsveçrədə Nestle firmasına verdi və bu şokolad fabriki ilə gördüyü işlər nəticəsində ortaya inanılmaz bir ləzzət çıxdı. “Südlü Şokolad”. Və beləliklə Nestle,südlü şokolad istehsal edən ilk firma olaraq adını tarixə yazmış oldu.
Müəllif : Qida məsələləri üzrə mütəxəssis / Ağa Salamov
