İribuynuzluların məhvi planı davam edir
ABŞ-ın cənubunda iribuynuzlu mal-qara kütləvi şəkildə tələf olub. Bir sıra ştatlarda ölən heyvanların sayı on minə çatır.Kanzasda 3 minə yaxın inək cəsədinin video görüntüləri qeydə alınıb.

Mal-qaranın ölüm səbəbləri hələlik rəsmi şəkildə müəyyən edilməyib. İlkin məlumatlara görə, inəklər anomal istilər və yüksək rütbətdən tələf olur.Bir sözlə qlobal güclərin planı hər zaman Amerikadan başlayır.Məsələn süni iqlim dəyişikliyi də Amerika ştatlarında daha sıx görülür.Əslində iribuynuzlularin kütləvi şəkildə məhvi hər zaman üstündə dayandığım “Solor Food” süni ət istehsalı ilə bağlı olmasıdır. Süni ət satışına start vermək istəyən qlobal güclərin planı yavaş yavaş baş tutur. Yadınızdadırsa qlobal güclərin üzdə görünən meymunu Bill Gates, bu yaxınlarda süni ətin daha ucuz olacağını dilə gətirib, satışına hazır olduğunu da söyləmişdi.
Deyəsən onların sözünə görə havaya metan qazı buraxan və iqlimi korlayan bu zavallı iribuynuzlu heyvanların məhvi planı hələ də davam edəcək. Yavaş yavaş müxtəlif ölkələrdə , müxtəlif ssenarilər ilə bu hallar daha çox özünü göstərəcək.Necəki süni broyler toyuğunu ərsəyə gətirmək üçün ,kənd toyuqlarını “Quş qripi” adı altında məhv etdilər.
Qida məsələləri üzrə mütəxəssis / Ağa Salamov
