Ədviyyatın tarixi və bəşəriyyətdə möcüzəli rolu
Ağa Salamov Qida məsələləri üzrə mütəxəssi/ekspert. Türkiyə,Tunis,İzrail,Ukrayna,İsveçrə kulinarlar birliyinin fəxri üzvü ,dünya festivallarının qalibi ,beynəlxalq münsif. agasalamov78@gmailşcom
Peşə təhsili və insan kapitalı.Cild3.N4.2020.s6165
Xülasə : Məqalədə ədviyyatın insan həyatındakı rolu və tarixi ilə bağlı geniş söhbət açılır.Orta əsrlərdə ədviyyatın Avropa üçün böyük önəmi vardır.Köhnə dönəmdə ədviyyat dərman istehsalında,və məlhəmlərin hazırlanmasında,afrodizyak olaraq ayrıca qidaları mühafizə etməkdə və dini ayinlərdə istifadə olunurdu.
Açar sözlər: Ədviyyat, dad alma zövqü,qida,Babil kralı, daş dövrü,qara istiot, Seylon darçını
Key words: Spices, pleasure to taste,
food, king of Babylon, stone age, black pepper, Ceylon cinnamon
Ключевые слова: Специи, аромат, еда, царь Вавилона, каменный век, черный перец, цейлонская корица
Romançı Stefan Zweig (1881-1942),Ferdinand Magellanın (Fernao de Magalhaes) (1480-1521) həyat hekayəsini ələ aldığı Magellan:Der Man und Seine Tat (1937) (Dünyada səyahət edən ilk insan) adlı əsərinə belə başlıqla başlar “Başlanğıcda Ədviyyat Vardı”.Başlanğıcda ədviyyat yalnızca insanın dad alma zövqü üçün deyil,əsasən dini məqsədlər üçün (məs: tüstü ilə ətrafa gözəl qoxular yaymaq) və müalicə məqsədi ilə istifadə olunurdu.Ədviyyat,insanlıq tarixində başlanğıcdan bəri önəmli bir rol oynamışdır.Daş dövründə insanlar xaşxaş,mələk otu və cirəni tanıyırdılar.Əski dövrdə Assuriya və Babil,ədviyyat ticarətinin erkən mərkəzləri idi.Şəfalı otlar,ədviyyat,üzümə bənzər və dənli meyvələrin qoxulu və aromatik izləri,əski dövrlərədək uzanır.
Böyük ehtimalla o zamanlar,çiy istehlak olunan vəhşi heyvanların ətinin ləzzətini artırmaq üçün,çeşidli yarpaq və meyvələr istifadə olunurdu.Çinlilər uzun zamandır otların distillə edilməsi və onlardan əldə edilən efir yağları yardımı ilə,alkoqollu içkiləri qoxulandırma və konservalaşdırma (saxlama)mövzusunda bilgi sahibi idilər.Babil Kralı Merodoch -Baladan,İsadandan öncə 700 cü il ərəfəsində,ədviyyat və şəfalı otların təsviri və təlimi şərtləri baxımından bağçılıq sənəti ilə bağlı dünyanın ilk məlumatlarını qələmə aldırmışdır.”Arabia Felix”in (Xoşbəxt Ərəbistanı bu günkü Yəmən) yada digər adı ilə “Səba Ölkəsi”-nin Əfsanəvi Kraliçası Belkıs-ın,Kral Hz.Süleymana (İsadan öncə) 1000-937 ci illərdə ərməğan olaraq göndərdiyi ədviyyat və digər dəyərli əşyalar,ağıla sığmaz zənginlikdə idi.İsadan öncə 1000 ci il ərəfəsində,Cənubi Hindistanın Malabar sahillərindən, Fələstinə ədviyyat sövq edildiyi mövzusunda məlumatlar mövcuddur.

Romada,imperator Caesar Augustus Tiberius zamanında,damaq zövqü mövzusundakı bilgiləri ilə tanınan yazıçı Marcus Gavius Apicius tərəfindən yazıldığı söylənən amma ona aid olmayan,ilk yemək kitabı olan “De arte Coquinaria” (Aşpazlıq haqqında) adlı əsər ortaya çıxmışdır.Bu əsərdə 12 cild yemək reseptləri,qidaların konservalaşdırması,bənövşə və müxtəlif güllər ilə təravətləndirmiş şərab hazırlanması kimi mövzular işlənmişdir.Burada “Dulcia Domestica”(ev sayağı şirniyyat) adlı resept, “Xurmanın tumunu çıxarın,içini fıstıq və ya qara istiotla doldurun,üstünü duzlayıb bal içində bişirin ” şəklində göstərilmişdir.Məşhur Romalı tarixçi Yaşlı Plinius’un qardaşı oğlu Gənc Plinius (Gaius Plinius Caecilius Secundus) (61-114), xüsusilə burada qaz ciyəri əzməsinin görkəmli ləzzətinə toxunmuşdur.Əsərdəki başqa bir məşhur yemək resepti,xüsusi bir sous sintezində hazırlanan Flamingo və Kəkplik ətidir.Əsərdə 80 -ə qədər ədviyyat və ədviyyat bitkisi adı sadalanmış və bunlardan ən öndə olanı qara istiotdur.Yemək düşkünü kimi,tanınan Apicius,dövlət məmurlarına verdiyi yemək ziyafətləri nəticəsində iqtisadi çətinliyə düşdüyündə,sonunda acından öləcəyi qorxusu ilə zəhər içərək özünə qəsd etmişdir.
Yaşlı Plinius,Romalıları qara istiot düşkünlüyü mövzusunda xəbərdar edərək, bunun həddindən artıq idxalının büdcəni zəiflətməsindən və pulların Hindistana axdığından şikayət etmişdir.İpək yoluna bənzər şəkildə bir Ədviyyat yolundanda söz edilməkdədir.Orta əsrlərdə ədviyyatın Avropa üçün,böyük önəmi vardır.Köhnə dönəmdə ədviyyat dərman istehsalında,və məlhəmlərin hazırlanmasında,afrodizyak olaraq,ayrıca qidaları mühafizə etməkdə və dini ayinlərdə istifadə olunurdu.Bastırma nümunəsində olduğu kimi,qidaların üzərinə bolca səpilən ədviyyat,hava ilə təması əngəlləndiyi üçün onların bir müddət turşuma və ya xarab olmasını da önləyirdi.Uzaq ölkələrdən Avropaya gətirilən ədviyyatın qiyməti çox baha olduğundan əvvəllər yalnızca zənginlər istifadə edə bilirdi.Ən çox istifadə olunan ədviyyat çeşidləri Seylon Darçını,(cinnamomun cassia) / (cinnamomun cheriangense),Kardamon,Zəfəran,Zəncəfil və Qara istiot idi.Darçın sözü,Farsca “Çin ağacı” anlamına “Dar-i Çin” dən,yada “Cin ağacı” anlamına “Dar-i cin” dən gəlməkdədir.

Hindistan və Çindən əsasən dəniz yolu ilə,Ərəbistana gətirilən ədviyyat,buradan digər ölkələrə paylaşdırılırdı.Ərəb tacirlər ədviyyatın real mənbəyni (hardan gətirildiyini) gizlədirdilər ki,öz bizneslərini qorusunlar və rəqiblərini məyus etmək məqsədi ilə guya ədviyyat çox çətin bölgələrdən,zəhərli və vəhşi heyvanların çox olduğu bölgələrdən min bir əziyyətlə toplandığını nağıl şəklində uydururdular.)))Galenosun sümüklər nəzəriyyəsinə görə ədviyyata,bəzi məhsulların təbiətindən qaynaqlanan təhlükələrin qarşısını almaq üçün də önəm verilirdi.Buna görə,qışda hazırlanan souslarda isti və quru xüsusiyyətli ədviyyat (Xardal,Zəncəfil,Istiot,Darçın,Mixək) yay hazırlıqlarında isə tam əksinə,soyuq və nəmli xüsusiyyətli ədviyyat istifadə olunmalı idi.İndoneziyalı tacirlər Çin,Hindistan,Yaxın Şərq və Şərqi Afrika sahillərinə ədviyyat gətirir,Ərəb tacirlərdə bunları gizli yol ilə müxtəlif yerlərə paylaşdırirdılar.Bu ticarət Misirdə İskəndəriyyə limanını ədviyyatın mərkəzi etmişdir.
Hindistandan yola çıxan ədviyyat yüklü karvanlar,Kabil,Baktriya (Əfqanıstanda Belh şəhəri), Buxara,Səmərqənd,Qəndəhar və Qafqaza, Fərat vasitəsilə Babilə çatır,buradan biri Şimala doğru Aşşur,AZƏRBAYCAN və Qaradənizə,digəri Qərb istiqamətində,Suriya və Ağdənizə,başqa digəri isə Fələstindən Misirə sövq edilirdi. Müvafiq coğrafi mövqeyə görə Ərəbistan böyük bir önəm daşıyırdı və onun cənubunda zəngin tacir Səba xalqı yaşayırdı.Onların limanları,Hindistan və Afrika dəniz yolu istiqamətində idi.Misirlilər,Finikiyalılar (Kənanlılar) və Şimali Mezopotamiyalılarla olan ticarət karvanlarının depoları ( Gömrük rüsumuna və ya gömrük nəzarətinə məruz qalan malların ölkəyə daxil olmasına, tranzit və ya tranzitin gözləməsinə və bu cür gözləmə zamanı müəyyən əməliyyatları yerinə yetirmək üçün icazə verilən yerlərdir ) var idi.
Orta əsrlərdə ədviyyat cənnətlə dünya arasında bir körpü kimi görülürdü və cənnətin şərqdə olduğu hesab edilirdi.Bu çərçivədə Hindistan, ölkənin isti və yağışlı iqlimi və təbiətinin sonsuz zənginliyi səbəbiylə insanların çox rahat yaşaya biləcəyi nadir ölkələrdən biri hesab edilirdi.Mərkəzi Avropa ölkələri ədviyyatı,Alp dağlarının şimalına yayılan romalılar vasitəsi ilə tanıdılar.Ancaq dəniz sahili, Venesiya və Genuya kimi dövlətlər ilk dəfə Uzaq Asiyadan gələn bu qiymətli məhsul ilə qarşılaşdıqda, ədviyyat istehlakında böyük bir sıçrayış oldu.Ədviyyat və digər ticarət məhsullarının daşınması üçün ən vacib yerlər, İsgəndəriyyə, Konstantinopol və Venesiya idi.8 ci əsrdən 25 ci əsrə qədər, Venesiyalılar,Yaxın Şərqlə birgə ədviyyat ticarətinə inhisar(monopoliya) etmiş, bu malları digər İtalyan şəhər dövlətlərinə çatdırmış və ədviyyat ticarəti bölgəni çox zənginləşdirmişdir.Orta əsrlərdə hər il təxminən 1000 ton qara bibər və 1000 ton müxtəlif ədviyyat növü Qərbi Avropaya daşınmışdır.14 cü əsrdə Florensiyalı tacir Francesco Balducci Pegolottinin 1339 cü ildə,səyahətçi tacirlərə xitabən qələmə aldığı “Pratica Della Mercatura” (Ticarət tətbiqləri) adlı əl kitabında,Orta Asiya və Uzaq Şərqin ticarət üsulları,286 çeşid ədviyyat,ətirli maddələr,ticarət malları və yolların siyahısı ətraflı təsvir edilmişdir.Ancaq siyahıdakı bəzi adların sinonim adlarla adlandırılildigina görə,həqiqətdə 193 ədviyyat adı keçməkdədir.
Bunlar, dərman və parfüm hazırlıqlarında və yeməklər də resept (çeşni) olaraq istifadə olunmuşdur.Sitrus bitkileri (narenciye) və şəkərqamışı da bu siyahıda ədviyyat kateqoriyasında yer almaqda idi.Yaxın Şərqdə ədviyyatın satıldığı əsas limanlar,Akka, Beyrut və İsgəndəriyyə idi.16 cı əsrin əvvəllərində Almaniyanın ədviyyat ticarətini ələ keçirən Augsburglu tacir, Fuggerlər ailəsi, ədviyyatı mənbəyindən deyil, ikinci əl olaraq Venesiyadan alırdılar.Yeni əsrin əvvəllərində ədviyyat, ticarət üçün son dərəcə dəyərli bir məhsul idi.1492 ci ildə Christopher Columbus (1451-1506) Amerikanın kəşfindən 5 il sonra, Portuqaliyalı dənizçi Vasco da Gama (1460-1524) Portuqaliyanın Lissabon limanından dənizə çıxıb Asiyanın yolunu taparaq ora yollandı və iki il sonra 1499 cu ildə beş gəmi ilə Lissabona geri döndü.Geri dönən gəmilərin ədviyyat və digər mallarla dolu yükü,ona bütün gəzinti xərclərinin altmış qat qədərində bir gəlir gətirdi.! 1498 ci ildə Vasco da Gama ,13 gəmi ilə birlikdə Afrikanın cənubundakı Cape yarımadasının cənubundakı burundan (Ümid burnu), (Afrika qitəsinin ən ucqar cənub qərb nöqtəsidir.) dolaşaraq Hindistan gəzintisinə başlamışdır.
Geri döndükdə ədviyyat və dəyərli mal ilə yüklənmiş səkkiz ədəd döyüş gəmisini itirsədə beş gəmi ilə geri dönmüşdür.Yenə də gətirdiyi ədviyyat, müşk,farfor və qumaş kimi mallar ilə öz zərərini kompensasiya etmiş və Portuqaliya müstəmləkə krallığının təməlini atdığı üçün bu gəzintisi uğurla başa çatdı. (1498-ci ildə Vasco da Gama dəniz yolu ilə Hindistana çatdı və bu gün bir milyon əhalisi olan Portuqaliya üçün rifah dövrü başladı. 1500-cü ildə Braziliyaya ayaq basan Pedro varlvares Cabral buranı Portuqaliya ərazisinə əlavə etdi.)Vasco da Gama nın 1502 ci ilin Aprelində başlayan ikinci səyahəti 1,5 il sürmüş, 20 gəmidən ibarət olan donanmanın 10 gəmisinə şəxsən özü kapitanlıq etmiş, gəmilərin hamısı geri dönmüş, 5 gəmi Hind okeanında,5 gəmidə Cənubi Hindistandakı Malabar sahillərində təhlükəsizliyi təmin etmək üçün ayrılmışdır.Bu səyahətdən gətirilən 1 423,5 ton məhsulun hesabı belə idi : 1200 ton bibər,125 ton darçın,50 ton Braziliya odunu,25 ton quru qərənfil,15 ton zəncəfil,7,5 ton muskat (kiçik hindistan cevizi), 1 ton digər bitki mənşəli qidalar.16-cı əsr Avropa insanlarının yeganə zövq mənbəyi ədviyyat idi.Nə tütünü,nə qəhvəni,nə alkaqolu tanıyan,əti də ancaq arada dada bilən bu insanların özlərinə keyidici kimi, bədənlərini istiot, darçın, zəncəfil,muskat yada xardalın kimyası ilə alovlandırmaqdır.

İstiot, darçın və muskat, dominantlıq sinifinin status simvolu və güc göstəricisinə çevrildi. istiotun güc simvolu olması, süfrədən kənar istifadəsindən də bəllidir. Hökmdarlar bir birlərinə istiot ərməğan edər,bəzəndə ödəmələri, qızıl yerinə istiot ilə ödəyərdilər.Moluk adaları (ədviyyat adaları) və Hindistandan yola çıxan istiot,Ərəb tacirlər vasitəsilə öncə Suriya və Misirə, oradakı Venesiyalı tacirlər vasitəsilə də gəmilərlə Aralıq dənizi üzərindən Venesiyaya oradan da Alp dağları üzərindən Orta və Şimali Avropa bazarlarına çatdırılırdı.Başda istiot olmaqla Avropa mətbəxində yaşanan ədviyyat çılğınlığının (“mania”) birinci səbəbi,o zamanadək qaynadılaraq hazırlanan yeməklərin cansıxıcı dadından qurtulmaq və və yeməyin menyulaşdırmaq (çeşniləşdirmək) düşüncəsi idi.Avropada daha da zənginləşən şəhər burjuaziyası, ekzotik paltarları və ədviyyatlı yeməklərə olan həvəs getdikcə artmış,Christopher Columbus və Vasco da Gama yola düşərək, Hindistan ədəbiyyatına dəniz yolu ilə çatmağa çalışmışdılar.15 ci əsrdə ədviyyat ticarətinə hakim olmaq, Avropanın buna ayırdığı külli miqdarda vəsaiti idarə etmək demək idi.
Ancaq Hindistan dəniz marşrutu kəşf edildikdə,ədviyyat istehlakı sürətləndiyi və bazar ədviyyatla dolduğu üçün,17 ci əsrdə ədviyyə dünya ticarətində əhəmiyyətini itirməyə başladı.1492 ci il ərəfəsində bir kq besbasenin (muskatın turuncu – qırmızı rəngli qabığı. İng. “Mace”) qiyməti bir inəyin qiymətinə bərabər idi.Qara istiot (“Piper nigrum L.”) qara qızıl kimi tanınırdı.O dövrdə qızılın kiloqramı bu günün dəyərinə görə haradasa 80 min Avro idi. Sıx sıx bahalı ədviyyatın içinə saxta maddələr qarışdırırdılar, belə dələduzlar yaxalanırdıqlarında,saxta mal ilə birgə oda atılaraq yandırılırdılar. 15 ci əsrdə qara istiotun qiyməti,Hindistandan Venesiyaya gəldiyində otuz qat xeyir götürülürdü.Venesiyadan göndərildikdə və Avropaya gəldikdə isə,Venesiyadan iki qat baha başa gəlirdi.Bu qiymət artımının ardında yatan səbəb,təhlükəli ticarət yolları, dəniz quldurları, yüksək vergi və gömrüklər idi.Vasko da Gama Portuqaliyaya geri döndükden sonra Lissabonda qara istiotun qiyməti,Venesiyanın beş də biri qədər idi.
Vasko da Gamanın dönüşündən sonra, “El Fartunado” ləqəbi ilə tanınan Portuqaliya Kralı İ.Manuel (1495-1521) artırılan ədviyyat gömrüyündən təmin edilən və “qara istiot” pulu deyə adlandırılan gəlirlə maliyyələşdirərək,1501 ci ildə Lissabonda Belem’dəki məşhur Hieronymus Kilsəsinin inşasını başlatmışdır.Orta əsrdə ədviyyat ticarətinin iqtisadi əhəmiyyəti o qədər böyük idi ki,bir çox kəşf səfərinin hədəfi, ekzotik “Ədviyyat Adalarını” tapmaq idi.Ədviyyat ticarətinə nəzarət edən ölkə, təbii olaraq dünyanın ən zəngin və ən güclü ölkəsi mövqeyinə gəlirdi.Cenova və Venesiyanın ədviyyat mövzusu da olan hökmranlıqları, daha sonra Portuqaliya, Hollandiya və nəhayət ki İngilislərə keçdi.İlk dəfə 17 ci əsrin əvvəllərində ədviyyat alışı bütün Avropaya yayıldıqdan və köhnə inhisarlar dağıldıqdan sonra böyük tacirlərin və kommersiya franşizası müddəti başa çatdı.Vasko da Gamanın Hindistana gedən dəniz yolunu kəşfi ilə Venesiya inhisarına son qoyulmuş, Portuqaliyanın liderliyini isə daha sonra Hollandiya və İngiltərə izləmişdir.Bu çərçivədə ədviyyat ticarətinə nəzarət edən ölkə,yeni əsrin əvvəllərində bir dünya gücü hesab olunurdu.
Ədviyyat,Asiya ölkələrinin müstəmləkə sisteminin yaranmasına önəmli səbəb idi.18 ci əsrdə ədviyyatın önəmi azalaraq ucuzlaşdı və normal şəhərlərdə yavaş yavaş ədviyyat istifadə etməyə başladılar.Asiyada ədviyyat istehsal edən kəndlilər,bu ticarət zəncirinin ən son halqasında yer alırdılar,ən böyük töhfəni verdikləri halda ən az payı da onlar alırdılar.Ədviyyata görə İspaniya, Portuqaliya, Hollandiya və İngiltərə arasında yüzillər boyu sürən barbar müstəmləkə müharibələrində, Şərqi Asiya torpaqlarının hamısı istismar edilmişdir.Avropada ədviyyatın qiymətini bahalaşdırmaq məqsədilə, məhsullar illər boyu ambarlarda saxlanmış və ədviyyat monopoliyasın əldə saxlamaq üçün,bəzən gəmi yükləri dənizə boşaldılmış yada yandırılmışdır.Dənizlər Aslanı kimi tanınan Portuqaliyalı dəniz səyyahı və fateh Afonso de Albuquerque (1453-1515) Hindistana gedən dəniz yollarının idarə olunmasını Portuqaliyalılara həvalə etmişdi.1503 cü ildə Hindistana gəlmiş,burada Ərəblərin Qırmızı dənizdəki Sukutra adasını zəbt etmiş (1506) və İran körfəzindəki Hürmüz limanını ələ keçirmiş (1507) , 1509 cu ildə bir ərəb donanmasını məğlub edərək Qırmızı dənizə gedib Məkkə şəhərini təxrib etmişdir.Hindistan qubernatoru, 1510-cu ildə Goa-da hərbi baza qurdu,1511 çi ildə Malay yarımadasında Singapur ərazisində Malakkanı fəth edərək Portuqaliyalılar üçün, İndoneziya ilə Çinə gedən yolu açmışdır.Ədviyyat ,Fugger və Welser kimi tacirləri zənginləşdirmiş , Nürnberg, Venesiya , Lissabon və Amsterdam kimi şəhərlərin güclənməsinə səbəb olmuşdur.
Qara istiot çuvalları Tiziano Vecellio (1490-1576) Albrecht Dürer (1471-1528) və Rembrandt Harmenszoon van Rijn (1606-1669) kimi tanınmış sənətkarların böyük qoruyucuları olmuş, Venesiyadaki Böyük Kanalın sahilindəki çox görkəmli bir saray , Lissabonda Belem’dəki Hieronymus Kilsəsi və Amsterdamda Grachten’dəki bir çox ticarət yerləri, imarətlər ədviyyat sayəsində inşa edilmişdir.16 cı əsrin sonlarına doğru Portuqaliya, Hollandiya və İngiltərə kimi dəniz sahili xalqlar arasında bir rəqabət yaşanmışdır.1957 ci ildə ilk Hollandiya savaş gəmisi Hindistandan ədviyyat dolu yük ilə geri geri dönmüş, zamanla ədviyyat ticarətinin mərkəzi Lissabondan Amsterdama doğru yayılmağa başlamışdır. Dünyanın ilk anonim şirkəti olan” Vereinigte Ostindische Compagnie” (VOC) ( Birləşmiş Şərq Hind Adaları Şirkəti) 1602 ci ildə Amsterdamda ədviyyat səbəbi ilə qurulmuşdur. Şərq Hind Adaları termini, İndoneziyada da keçərli idi.1606 cı ildən etibarən “VOC” un əməliyyat istiqrazları birjada alınıb satılırdı.
1600 cü ildə”İngilis Şərq Hind Adaları”,1616 cı ildə”Danimarka Şərq Hind Adaları” ,1664 cü ildə isə “Fransız Şərq Hind Adaları” şirkətləri qurulsada , bunlardan heç biri Hollandiyalılarınkı kimi uzun ömürlü olmamış və heç biri Hollandiya kimi hər bir ədviyyat üçün siyasi gücə, Şərqi Asiyada yayılma və inhisar gücünə malik olmamışdır.1770 ci ildə Pierre Poivre (1719-1786) (Almanların verdiyi adla Peter Pfeffer ; hər iki adın mənası İstiotçu Peter anlamına gəlir) adlı bir fransız,muskat və quru qərənfil ağaclarını oğurlayır, öncə indiki Mauritius adasına daha sonra isə Seyşel və Madaqaskar adalarına əkir. Beləliklə o, Hollandiyanın ədviyyat monopoliyasını aradan qaldırılmış,bu müstəmləkə tarixinin qanla yuyulan hissəsi sona çatmışdır.1750 ci illərdən sonra ədviyyat tələbatı azalmağa başlayır,dünya bazarında önəmini itirir,yerini qəhvə, kakao, çay və tütün tutmağa başlayır.Vaxt keçdikcə ,Avropada içkilərində tərkibinə ədviyyatlar əlavə olunurdu, pivəyə muskat, zəncəfil, şəraba da müxtəlif ədviyyat əlavə olunurdu və bunları dərman vasitəsi olaraq da istifadə edirdilər.
Ancaq bu ədviyyatlı şərablar bu günümüzdə olan şərablardan tam fərqli dada malik idilər.Ədviyyat istehlak edə bilməyən sadə insanlar isə öz özünə bağda yetişən müxtəlif ədviyyat otlarını istehlak edirdilər.O zamanın avropalıları da, ədviyyatı bu gündə olduğu kimi yeməklərə dad qatmaq üçün istehlak edirdilər.Yemək çeşidinin xüsusilə qış aylarında çox olmadığı o dövrün Avropa mətbəxində, dadsız və yeyilməsi biraz iştah açan olmayan yeməklərin dadını dəyişmək və dadlandırmaq üçün çox çeşidli və bol miqdarda ədviyyatdan istifadə olunurdu.16 ci əsrdə ət məhsullarını dondurmadan uzun müddət saxlamaq məqsədilə də bol miqdarda ədviyyatdan istifadə olunurdu.Qərənfilin tərkibinin 15% i eugenol maddəsi olduğuna görə bu maddə bakteriyaların çoxalmasına mane olurdu.Daha sonralar, üyüdülmüş xardalın da qidaları qoruyucu xüsusiyyətə sahib olduğu anlaşılmışdır.Ətləri müxtəlif növlərdə ədviyyat,zeytun yağı,limon,sirkə, şərab, süd və.s ilə yumşaldaraq bastırma etmək texnologiyasına ,qərb terminləri ilə “Marinad olunma” da deyilir.
Səmavi dinlərdə ədviyyat
Ərəb dilində Nəbatat bitki mənasını verən bir sözdür.İnsanda müəyyən mənada nəbati varlıqdır.Çünki xəstəliyi səbəbiylə komada olan bir insanın “indi vegetativ bir həyat yaşayır”deyilməsidir.İbn Haldun,muqəddiməsində iqlim və bitki örtüyünün insan üçün vacib bir faktor olduğunu ifadə edərək demişdir: “Allah Təala dağına görə qışını yaratdı”.Buna görə sağlam yaşamaq istəyən hər kəs yaşadığı coğrafiyada, yaşadığı iqlimdə yetişən bitki, tərəvəz və meyvələrlə qidalanmalıdır.
Qurani Kərimdə Şüara surəsi 7 ci ayədə Allah belə buyurur : “Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlərmi?”
İnsan surəsi 17 ci ayədə Allah belə buyurur : “Orada onlara zəncəfil qatılmış (zəncəfil dadı verən cənnət şərabı ilə dolu) badə də içirdiləcəkdir”
Bibliya da Luka 23 də ədviyyat ilə bağlı bir ayə var “İsa ilə birlikdə Qalileyalı qadınlar Yusifin ardınca gedərək məzarı və İsanın cəsədinin necə qoyulduğunu gördülər. Evlərinə qayıdıb ədviyyat və ətirli yağlar hazırladılar.
Nəticə :Ədvoyyat dünyanın bir çox mətbəxlərində əvəzolunmazdır.Azərbaycan mətbəxində də ədviyyatlar yeməklərə ,həqiqi ləzzət ,dad verən sehirli bir toxuşdu və biz ədviyyatın sehrli gücə sahib olduğunu bilməliyik.Yeməklərə sadəcə rəng və dad qatdığı üçün istifadə olunan ədviyyatların,gizli qalmış bir çox faydaları da vardır ki,xalq təbabətində buna geniş yer verilmişdir.Viruslar əsrinidə nəzərə alsaq,sağlam bir həyat tərzi üçün bakteriya,virus,göbələk,kif və hətta xərçəng hüceyrələri ilə mübarizə aparan və immun sistemini gücləndirən ədviyyatlardan faydalanmaq lazımdır.Həmçinin İİM də ədviyyatlı içkilər və müxtəlif qida məhsulları da müştərilərə təqdim olunmalıdır.Bunun üçün xüsusi reseptlərdə hazırlanmalıdır.
Ədəbiyyat : 1 . Die Route der Gewürze,Gewürzmüseum Hamburg.1999
2. Bober P.P. Tarihöncesinden Ortaçağa Kültür,sanat ve mutfak yayım.İstanbul.2023
3.Schivelbush W.Keyif verici maddelerin tarihi (çev.Z.Aksu Yılmazer) Dost kitab evi, Yay.Ankara.2000
4.Sedillot R. Mübadilədən super supermarketə tarix boyu ticarət tarixinin hekayəsi (tər.Erender .E.N) cep kitapları.İstanbul.1983
5.M. and Cervantesin oyunlarında türk imajı ve La Gran Sultana. Kültür ve sanat.25 4-8.1995
