Boyanmış yumurtalar o zaman təhlükəli olur ki .. Mütəxəssis Açıqlaması
Novruz bayramı ənənələrindən biri də yumurta boyamaq ,boyanmış yumurtalar ilə xonça bəzəmək və yumurta döyüşdürməkdir.Yumurta ibtidai təsəvvürdə Tanrının bəşəriyyətə bəxş etdiyi dörd əsas maddi nemət olan od,hava,su və torpaq ilə mənalandırılır.Belə ki, yumurtanın dairəliyi və qabığı torpağı, iç pərdəsi havanı, ağı suyu, sarısı isə odu simvollaşdırır.
Bəs bu boyanmış yumurtalar nə zaman təhlükəli ola bilər? Bununla bağlı qidaelmi.az saytına qida eksperti Ağa Salamov açıqlama verib.

Keçmişə nəzər salanda əsl adət ənənələrin elə keçmişdə qaldığının şahidi oluruq. Nənələrimizin bizim üçün boyadıqları yumurtlar əsl orqanik boyalar ilə boylanırdı ki,biz bura soğan qabığını, ispanaq,kök, çuğundur suyunu da misal çəkə bilərik. Ancaq təssüf ki,bu gün daha asan yol ilə yumurta boyanır ki,bura bəzi kimyəvi qatqı maddələri olan boyaları və ya plastik örtüklü yumurta boyasını da misal çəkmək olar.
Diqqət etmisizsə yumurtanı soyarkən ətli hissəsinə boyanın nüfuz etdiyini görürük. Demək ki,40.000 dən çox məsaməsi olan yumurtaya boyanın məsamələr vasitəsilə nüfuz etməsi də təsadüfi deyil. Belə olduqda biz bayram yumurtasını kimyəvi boyalar və plastik örtüklü boya ilə boyayanda ,həmin kimyəvi maddələr yumurtanın içinə nüfuz etmiş olur ki,buda kimyəvi zəhərlənməyə yol aça bilər.
Əsl təbii vasitələr ilə boyanan bayram yumurtası isə tam təhlükəsiz hesab olunur. Ancaq diqqət edəcəyimiz məqamlardan biri də, boyanan yumurtanın qabığında çat olmaması və boyandıqdan sonra xonçada da uzun müddət saxlanmalıdır.
Ölkəyə idxal olunan kimyəvi tərkibli boyaların isə, boyanan yumurtalara heç bir faydası yoxdur. Ümumiyyətlə bu boyaların istehsalında bəzi kimyəvi maddələrdən istifadə olunur ki, onların bəziləri dünyanın bəzi ölkələrində qadağan edilib. Bura misal olaraq, E133 (rəngləndirici) qatqı maddəəsini misal çəkmək olar ki, bu maddə kömür qətranından əldən edilir. Adı çəkilən maddənin siçanlar üzərində aparılan tədqiqatlar nəticəsində beyin şişlərinə səbəb olması təsdiqini tapıb. Bu maddə Belçika da başda olmaqla, Fransa Avstriya, Norveç və.s ölkələrdə də qadağan olunub.

Biz bu süni qida boyasından istifadə etməmək üçün,E171 , E122,E124 qatqı maddələrini də misal çəkə bilərik.
Biz nə qədər torpaqdan ,adət ənənələrdən,milli dəyərlərdən uzaq düşsək bir o qədər də sağlamlığımızdan uzaqlaşmış olacağıq. Novruz bayramınız mübarək olsun.
Qida Eksperti Ağa Salamov
