Yeməkdən zövq almaq üçün,restorana gedərkən ətirdən istifadə etmək olmaz- Mütəxəssis Açıqlaması
Qida fiziologiyasına görə qoxu dadın ən vacib hissəsidir.Dil ilə 4 dadı hiss edirik şirin,acı, turş və duzlu. Qalan dad hissi isə burunla əlaqəlidir. Bunlar ətraf mühitdən tənəffüs edilən qoxular və nəfəs vermə zamanı ağızdan buruna gələn qoxulardır.
Təsadüfi deyil ki,otel və restoranlarda çalışan personala (süfrəçi, aşpaz, xadimə və.s) ətirdən çox istifadə etməyə icazə verilmir. Çünki ətir burun vasitəsilə hiss edildikdə yeyilən yeməyin dadını ağızda dəyişir. Bu zaman müştəri yeməyin dadsız olduğundan şikayət edə bilər ki,bu da təbii ki,otel və restoran üçün müştəri itkisi deməkdir.
Bununla yanaşı müştərilər də restorana gedərkən ətirdən az istifadə etmələri məsləhətdir. Çünki ətir qoxusu müştərinin burnuna dolduğu zaman,nə qədər də dadlı ləzzətli bişmiş yemək olarsa,müştəri yeməkdən zövq almayıb dadsız olduğundan şikayətçi ola bilər.
Ona görə də restorana aşırı ətir istifadə edib gedən müştərilər iki dəfə düşünməlidirlər. Yoxsa dadsız yeməklə yanaşı,bir axşam yeməyi ləzzətini də qaçıra bilərlər.
Ağa Salamov / Qida Məsələləri Üzrə Mütəxəssis
