Market Sahibləri Nələri Gözdən Qaçırırlar?- Mütəxəssis Araşdırması
Havaların istiləşməsi ilə əlaqədar olaraq dondurmalara da tələbat artıb və gün ərzində demək olar ki, çox nadir insan dondurma yeməz.Nəzərə alsaq ki, bu dondurmalar marketlərdə satılır və bu o demək deyil ki,bu dondurmalar təhlükəli olmaya bilər.

Marketlərdə olan təhlükədən birincisi soyuducuların ağzına qədər dondurma ilə doldurulmasıdır ki,burda artıq sirkulyasiyadan söhbət gedə bilməz. Belə olduğu təqdirdə ən üst qatda olan dondurmalar əriyir və buda bağırsaq çöplərinin əmələ gəlməsinə yol açır. Bu halların yaşanmaması və istehlakçıların təhlükəsizliyini qorumaq üçün market sahibləri bunu nəzərə almalıdırlar.
İkinci məsələ isə, istehlakçıların öz səhlənkarlığı ucbatından olan dondurmadan zəhərlənmə hallarının olmasıdır. Belə ki, istehlakçılar dondurma alarkən və ya seçərkən soyudcunun qapağını açıq qoyurlar və belə olduğu halda isti hava kütləsi soyuducunun içinə daxil olması nəticəsində dondurmaların buzu açılır.Yenidən buzu açılmış dondurmaların donması nəticəsində də qida zəhərlənmələri qaçılmazdır. Çünki riskli məhsullar başda olmaqla bir məhsulun buzu bir dəfə açıla bilər və ikinci dəfə dondurula bilməz. Bunun da çıxış yolu,market sahiblərinin inzibatçı və ya market nəzarətçilərinə soyuducuların daima nəzarətdə olması barədə təlimatın verilməsidir.
Üçüncü məsələ bəzi marketlərin generator sistemi ilə təchiz olunmamasıdır və bu kimi inventarlara maliyyə ayırmayan sahibkarlar da var.Ərazidə qəfil enerjinin getməsi, generator ilə təmin olunmayan marketlərin soyuducu sisteminin dayanması və.s kimi hallar da qida zəhərlənmələrinə səbəb ola biləcək amillərdən hesab olunur. Soyuducu sisteminin durması avtomatik olaraq soyuducunun içində olan tempraturun dəyişməsinə səbəb olur.Belə olduğu halda dondurmaların və başqa riskli məhsulların donunun açılmasına gətirib çıxarır ki, buda qida zəhərlənmələri ilə nəticələnən amillərdəndir.
İstehlakçıların dondurma alarkən diqqət edəcəkləri məqam odur ki, qablaşdırması deformasiyaya uğramış və ya əzilmiş dondurmalardan uzaq dursunlar. Üst üstə soyuducuda yığılan, soyuq hava kütləsindən uzaq olan və ən üstə olan dondurmalardan da uzaq olsunlar. Unutmayın ki, generator ilə təmin olunan market olsa belə, qapağı bağlı olan soyuducu olsa belə,əgər dondurma soyuducuya həddindən artıq çox doldurulubsa,orda artıq soyuq hava kütləsindən söhbət gedə bilməz.Ona görədə ən üst qatda olan dondurmalar donmurlar. Sağlam Olun.
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
