Elektron siqaretlər marketlərdə gənc xanımlar tərəfindən reklam olunur -(FOTO)
Elektron siqaretlər 2006-cı ildən satışa çıxarılıb və satışa çıxarıldığı gündən onun sağlamlığa zərərli olduğu da müxtəlif araşdırmalarda öz əksini tapıb. Təssüf ki,Azərbaycanda da,müxtəlif platformalarda və marketlərdə reklam olunan bu zərərli çubuq, gənc qızlar və oğlanlar tərəfindən ictimaiyyətə reklam olunur.

Məsələ burasındadır ki, sağlam gənclik uğurunda mübarizə aparan və gənclərin sağlamlığını düşünən hər bir vicdanlı insanı bu mənzərə narahat edir. Ancaq nə fayda? İşbazlar və pulbazlar əsrində yaşayırıq. Market sahibləri və bu zəhərli elektron siqaretləri satdırıb reklam edən şəxslərin heçmi vicdanı yoxdur? Axı bu zəhəri nə üçün gənc xanımlar reklam etməlidirlər? Hə , deyəcəksiniz ki, yaşı 18 i keçib onlara hər şey olar? Vicdanınızı qoyun qarşınıza birdə düşünün. Bu gün Xırdalanda yerləşən “Rahat Market” də mənə bu zəhəri reklam edən gənc xanıma öz iradımı da bildirdim. Axı bu gənclər nə üçün indidən zəhərlənir və zərərli məhsulları reklam edib gələcəyi məhv edirlər?
Elektron siqaretlərin sağlamlığa zərərləri.
2019 cu ildə aparılan araşdırmalar,elektron siqaretdən istifadənin insult, infarkt, angina və ürək xəstəliyi riskinin artması ilə əlaqəli olduğunu göstərdi.Elektron siqaretlərin ürək, ağciyər və diş sağlamlığına əhəmiyyətli təsiri var və bu orqanları zədələndiyi də araşdırmalar tərəfindən sübut olunub.Nikotin tərkibli elektron siqaretin bir dəfə nəfəsə çəkilməsi ürək döyüntüsünü artırır və eyni zamanda bir elektron siqaretin qan təzyiqini artırdığına dair sübutlar və araşdırmalar da mövcuddur. Yüksək ürək döyüntüsü və qan təzyiqi uzun müddətdə ürək sağlamlığına mənfi təsir göstərə bilər.
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
