Bakı Kulinariya Assosiasiyasının komandası Azərbaycanı BƏƏ-də təmsil ediblər -(FOTOLAR)
BƏƏ-də Şarjada 29-31 May 2023- cü il tarixində Dünya Kulinariya Təşkilatı Birliyinin “WACS” ın üzvü olan ”Emirates Culinary Guild” Birləşmiş Ərəb Əmirliklərinin Kulinariya Gildiyasının təşkil etdiyi “EXPO- CULINAIRE-2023” çempionatında, Bakı Kulinariya Assosiasiyasının komandası Azərbaycanı təmsil edib.
Birləşmiş Ərəb Əmirliklərində “EXPO CULINAIRE-2023” çempionatında Azərbaycanı Bakı Kulinariya Assosiasiyasının sədri İlkin Hənifə oğlu Əkbərzadə münsiflər heyətində təmsil edib, həmçinin assosiasiyasının gənc aşpazları komandası Sərxan Imanli, Babək Gənc ilə birgə ölkəmizi kulinariya müsabiqəsində təmsil ediblər.
Bakı Kulinariya Assosiasiyasının gənc aşpazlar komandası Birləşmiş Ərəb Əmirliklərində “EXPO CULINAIRE-2023” Şarjada keçirilən Worldchefs Continental çempionatında Ölkəmizi təmsil edən komandamız fərdi sinif yarışında uğurlu Iştirak ediblər.
Cumşud Eyvazov 1-Qızıl medal
Sərxan Imanli 2-Gümüş medal
Babək Genc 1-Diplom dördüncü yer

Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
