“Bravo” marketlərdə “Salmonella” təhlükəsi – FOTOLAR
“Bravo” marketlərdə sözün əsl mənasında mikrobioloji çirklənmə hökm sürür. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoya baxmaqla qənaətə gəlmək mümkündür. 21 ci əsrdə HASSP standartlarına riayət edən dünya təcrübəsində nəyə görə Azərbaycan müəssisələri geridə qalıb? Cavab sadədir. Maariflənmək istəməyən iş adamları, insanların sağlamlığı təhlükəsizliyini deyil,ciblərini və gəlirlərini ön plana çəkirlər.

Bu məsələylə dırnaqarası baxıb ört-basdır etmək istəyənlərə demək istəyirəm ki, çörək yuyulmayan bir məhsuldur və yuyulmadan istehlak olunur.Odur ki, çörəyi sərbəst radikallardan və mikrobioloji çirklənmədən mütləq qorumaq lazımdır.Məsələn quşların ayaqlarında olan müxtəlif bakteriyalar və onlara xas olan “Salmonella” bakteriyası insanların zəhərlənməsinə gətirib çıxarır. Bizdən demək nəticə çıxarmaq isə sizdən və aidiyyəti orqanlardan.
Qida Məsələləri Üzrə Mütəxəssis/Ağa Salamov
