Azərbaycanlı kulinarlar Lüksemburgda keçirilən “Dünya kulinariya çempionatında” iştirak ediblər – (FOTOLAR)
AKMA heyyəti Lüksemburgda keçirilən Dünya kulinariya çempionatında iştirak edib.İştirakın əsas məqsədi Azərbaycan Turizm stendində Azərbaycan məhsullarını və mətbəxini təbliğ etmək idi.

Heyyətdə Orxan Muxtarov, Sarxan Məmmədov, Əbülfəz Həbibov və Kelvin Chong iştirak edirdilər.Təqdimat menyusu “Moruq sirkəsində giləmərzəli Zirə pomidoru” motal pendiri” ,”Kütüm ləvəngi baltalı düyüsü ilə nar sousunda”, “Badımcan ləvəngi zoğal suyunda” , “Bildirçin ləvəngi yer alması (tapinambur) ilə qırmızı çaxır sousunda”, “Boranı qalyası” , “Hisə verilmiş ilan balığı qaymaq köpüyündə” , “Nərə balığı dolması” ,”Sobada Qarabağ quzusu şabalıd püresi və közdə badımcan ilə” və “Şah plov” olmuşdur.

Əlavə komandanın digər hədəfi 4 ildən 1 keçirilən Dünya Kulinariya çempionatına Milli komandanın çıxarılması üçün təcrübə toplamaq idi.Mümkün qədər bütün diqqətini yarışmaya yönəldən komanda ilk dəfə qatılmasına baxmayaraq yüksək göstərici əldə edə bilib.

Azərbaycan mətbəxinin müasir təqdimatı bütün qonaqlarda diqqət və böyük marağa səbəb olub.

Xarici vətəndaşların məhsullarımıza olan diqqəti, iştahla yeməsi və reseptlərlə maraqlanması bütün heyyəti fərəhləndirməyə bilməzdi.

Komanda növbəti Dünya kulinariya çempionatında sadəcə təqdimat üçün deyil həmdə yarışmacı olaraq iştirak edəcək. Qidaelmi.az saytı olaraq bizdə komandaya uğurlar arzulayırıq.




Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
