Şəkərimizə zəhər qatanlar “AQTA” tərəfindən aşkar olundu – FOTO
“Biz altı ay öncə, “AQTA” da başda olmaqla daha dörd dövlət orqanlarına kəllə qənd ilə bağlı müraciət etmişdik. Lakin onlar işi aparıb ancaq müəssisələrinin adını açıqlamırdılar. Ancaq bu gün çox sevindirici haldır ki, AQTA aşkarladığı məhsulun adını və onunla yanaşı müəssisənin də adını çəkir. Bizim üçün bu təqdirə layiqdir və AQTA ya təşəkkürümüzü bildiririk ” Bu sözləri qidaelmi.az saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Qeyd edək ki “AQTA- nın nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində qənd istehsalı müəssisələrində aparılan monitorinqlər zamanı ticarət şəbəkələrində satışı həyata keçirilən qənd məhsullarından nümunələr götürülərək müayinələrə cəlb olunub və bir sıra məhsullarda kükürd-dioksidin (SO2) kütlə payının normativ sənəddə göstərilən həddən yüksək olduğu aşkar edilib ”
“Müəyyənləşdirilmiş faktlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, həmin məhsulların satışdan çıxarılması ilə bağlı müvafiq qərarlar qəbul edilib, həmçinin tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyə məlumat verilməsi üçün istehsalçı şirkətlərə müraciət olunub ”
“AQTA istehsalçı şirkətləri qeyd olunan məhsul partiyalarını satış şəbəkələrindən dərhal geri çağırmağa, istehlakçıları isə bu məhsullardan istifadə etməməyə çağırır, istehlakçılar tərəfindən həmin məhsullar satış şəbəkələrində aşkar edildikdə AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə məlumat verilməsini xahiş edib”
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
