Naxçıvan da dolça bitkisi kimi tanınan bu bitkiyə “Şoşan” da deyilir
Dolça bitkisi Naxçıvanda dəniz səviyyəsindən 800 metrdən başlamış, 2000-2500 metrə qədər yüksəklikdə təpə və dağ yamaclarında, qumlu dağ dərələrində bitir.Dolçaya Azərbaycanın bəzi bölgələrində (Laçın-Kəlbəcər) şoşan deyirlər. Cacıq və dolça oxşar bitkilərdir. Lakin elmi ədəbiyyatda dolça bitkisi yoxdur.

Dəniz səviyyəsindən 1500 metrdən yüksəkdə, Şahbuz, Batabat, Culfa və Ordubadın dağ kəndlərində bitən dolça bitkisi təzə vaxtı qovrulub yeyilir, və ya qabığı soyulub yeyilir, turşusu qoyulur.
Liflərlə zəngin olan dolça bitkisi , bağırsaq florası üçün çox faydalıdır. Metabolizmanı sürətləndirir, həzm sistemini yaxşılaşdırır. tərkibi antioksidantlarla zəngin olduğundan xərçəng xəstəliyinin müalicə və profilaktikasında da istifadə oluna bilər.
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
