Bill Gates-in dövlətlər üzərində və ya dövlətlərin daxilində aparılan Bio-imperializm oyunu
Bill Gates-in ABŞ, Avstraliya, İsveçrə,Türkiyə və.s kimi ölkələrdə torpaq sahələri almasının şahidi olmuşuq 130 milyard sərvəti ilə dünyanın 3 cü milyarderi olan insana torpaq alıb pul qazanmaq nə qədər vacibdir?

Adı çəkilən bu 3 ölkədə Bill Gates, “Ajanda 2030” layihəsinin bir qolu olan süni bulud layihəsini həyata keçirdi və uğursuz olanı da oldu.Bu yaxınlarda Bill Gates Türkiyənin Trakya bölgəsində də torpaq sahəsi aldı. Maraqlı məqam odur ki Bill Gates qlobal istiləşməyə az məruz qalan bölgələrdən torpaq sahələri alır və çox güman ki Trakyada GMO günəbaxanlar planı həyata (bununla bağlı Türk bilim adamları dövlətə xəbərdarlıq da edib.) keçməyi planlaşdırılır.
Çünki dünyada pestisidlərdən torpağı yanmış ,əlində toxum qalmayan,gübrə almağa pulu olmayan fermerlərin söz haqqı yoxdur və bu söz haqqı GMO laboratoriyalarına aiddir.Dünyada 570 milyon fermer var bunun 90% i şəxsi torpaq sahəsi olan fermerlərdir və sevindirici haldır. Nə üçün? Çünki 10 min illik bilgilər şəxsi əkinçilik ilə məşğul olan fermerlərin hafizəsindədir. Buda dünyanın dayağı olan bir sistemdir.

Təssüflər olsun ki dünyanın bəzi yerlərində monopolist sənayeçilər və başqa ölkələrdən şəhərə hibrid adı ilə maskalanmış GMO məhsullarını idxal edən monopolistlər öz maraqlarına görə şəxsi əkinçiliyi məhv etmək istəyirlər.Adını miqyas iqtisadiyyatı qoyub ( ölçü qalxdıqca vahid xərclərin azaldılması) daha çox məhsul əldə etmək və ucuz qiymətə satmaq adı altında torpaqları pestisidlər ilə zəhərləyib hibrid toxumlar əkməklə kəndlini özlərindən aslı salırlar. Bəli bu “BİO-İMPERİALİZM” – dir . Yəni silahsız əkinçiləri öz torpağında əsir götürmək və bilgilərinə yiyələnmək.
Biz hansısa problemi həll etmirik nədə buna gücümüz çatmaz,amma dövlətini xalqını sevən bir vətəndaş kimi öz söz haqqımızı çatdırırıq və xəbərdarlıq edirik ki, buda bizim borcumuzdur.Çünki görünən tərəf budur ki, burda böyük qlobal şirkətlərin əlində, toxumdan gübrəyə, gübrədən məhsula,məhsuldan supermarketlərə qədər əllərinə keçir və bunada bir ad qoymaq olar odaki “Bio-İmperializm”.
Qida Məsələləri Üzrə Mütəxəssi / Ağa Salamov
