Əvvəlki dad, əvvəlki ləzzət və səmimiyyət hara qeyb oldu ? – FOTO
Son zamanlar ən çox eşitdiyimiz sözlərdən ibarət olan, ” Əvvəlki dad yoxdur” “Sanki bərəkət göyə çəkilib” “Nə alırsansa dad yox, elə bil ki heçnə almamısan” və.s kimi sözlərdir.
Gəlin bir xırda araşdırma aparaq görək niyə nemətlərin dadı, bərəkəti göyə çəkilib? Nə üçün uşaqlıq illərindən qalan xatirələri yada salıb gileylənirik ki, kaş o vaxtlar olaydı,o dad ,o tam ,o səmimiyyət olaydı?
Mənim düşüncəmə görə ,biz nə qədər ki milli ənənələrdən uzaq düşüb xarici mədəniyyətləri mənimsəyərək yaşayacağıqsa, (təbii ki bura təhsil daxil deyil) milli dəyərlərimizdən uzaq olacağıqsa, torpaqdan ayağımızı üzüb,sənaye üsulu ilə hazırlanan qidalara üz tutacağıqsa, tənbəllik edib ev təsərrüfatı ilə məşğul olmayacağıqsa o zaman nə dad ,nə tam, nədə səmimiyyətdən söhbət gedə bilməz. Bir neçə misalı örnək çəkmək istəyirəm. Ola bilər ki kimsə mənimlə razılaşmadı, bu cür insanlarında fikrinə hörmətlə yanaşıram.
1.Əvvəllər nənələr təndirə rəfətə ilə lavaş yayardı,(ermənilər bizdən fərqli olaraq bu gündə bu ənənəni qoruyur) evdə çörək bişirib nəvələrini o ətirli çörəyin qoxusu ilə yuxudan oyanmağına vəsilə olardılar. Çətin hazırlanan yeməkləri qızlarımıza ,nəvələrə öyrədib onlar da bu işlərə həvəs və maraq oyadardılar. Təssüf ki,bu nənələrin sayı azalır və onların bəzi davamçıları da hazır alınmış yeməklərə üstünlük verirlər . Bir sözlə,indi o nənələrin yerini modernləşmiş nənələr tutur.

2.Əvvəllər Yeməklərimiz heyvan mənşəli yağlar ilə bişərdi (kərə,nehrə,quyruq, iç piyi və.s) ,indi isə bu faydalı yağların yerini trans yağ tutub. Çünki 4 cü sənaye inqilabı əsri işbazlar əsridir və bizim işbazların istehsal etdikləri süni qidaları alaraq,onlara verdiyimiz maddi dəstəyə görə bizim süfrələri bu süni yağlar tutur. Çox nadir hallarda kimsə faydalı zeytun yağını salatlar da, və ya kərə, quyruq yağını yeməklərdə istifadə edir. Bax budur problem.

3.Əvvəllər insanlar öz əkdiklərini zövqlə,damaq dadı ilə yeyərdilər,indi isə hazır məhsul alıb yeməyə üstünlük verirlər. Ancaq 1 sot torpağı olan hər kəs o torpaqdan faydalana bilsə,o zaman dad da olacaq tam da. (İnsanın ki ayağı torpaqdan üzüldü,o gün bəşəriyyətin sonudur).

4.Əvvəllər nehrədən çıxan ayran ilə hazırlanan dovğa içərdik, ovduq içərdik,ayran içərdik və uşaqlar da hər gün kalsium ilə zəngin qidalar yeyərək sümükləri mohkəm olardı.Bu günümüzdə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların sayı daha çoxdur və etiraf edək ki , əvvəllər bu hallara nadir hallarda rast gəlinirdi. Bu gün isə biz, kalsium ilə zəngin içkilər əvəzinə ,təmiz meyvə şirələri əvəzinə , boş karbohidratlardan ibarət və heç bir mineral ,vitamin ehtiva etməyən eyni zamanda ph dərəcəsi aşağı olan içkilərə üstünlük veririk. Təssüf ki bu içkiləri uşaqlara da alıb vermiş oluruq. Nəticədə orqanizmin yetərincə qidalanmasının, mineral və vitaminlərin qəbulunun qarşısını almış oluruq.

5.Əvvələr uşaqlar milli cizgi filmlərinə baxardı ,indi isə subliminal mesajlar ilə dolu 25 ci kadrı özündə əks etdirən cizgi filmlərinə baxırlar.

Bu 25 ci kadr da şüur altı ötürülən zəhərli məlumatlar ilə yanaşı,zəhərli qidalar da reklam olunur. Sonra da deyirik ki ,nə üçün zorlamalar artıb,manyaklar çoxalıb, şiş xəstəlikləri, şəkərli diabet, təzyiq xəstəlikləri artıb əvvəllər belə şeylər olmazdı və.s.
Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov
