Türkiyənin ən böyük qida innovasiya mərkəzi qapılarını açdı! – VİDEO
Türkiyənin ən böyük qida Ar-Ge və innovasiya layihəsi olan INNOFOOD çərçivəsində TÜBİTAK-ın rəhbərliyi ilə Qida İnnovasiya Mərkəzi və Türkiyə Qida İnnovasiya Platforması (TÜGİP) yaradılıb. Mərkəz və platforma Avropa İttifaqı və Türkiyə Respublikasının birgə maliyyələşdirməsi və Sənaye və Texnologiya Nazirliyinin dəstəyi ilə Rəqabətli Sektorlar Proqramı çərçivəsində fəaliyyətə başlayıb.
TÜBİTAK-ın Gebze şəhərciyindəki Mərmərə Araşdırma Mərkəzində (MAM) Mərkəzin açılışını edən nazir Varank, “Biz ilk dəfə olaraq ölkəmizi qida sənayesi üçün bu əhatəli infrastruktur və geniş imkanlarla təmin etməyə müvəffəq olduq. Bu obyekt və platforma ilə qida və içki sənayesində Ar-Ge və birgə inkişaf mədəniyyətinin artmasını və əlavə dəyərli məhsulların inkişaf etdirilməsini arzulayırıq” dedi.
Qida Məsələləri Üzrə Ekspert / Ağa Salamov
